Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə qeyri-sabit hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
BDYPİ-dən Fact-info.az-a bildirilib ki, hazırda paytaxtda, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında çiskinli hava yollarda görünüş məsafəsini məhdudlaşdırır və sürücülərə ciddi çətinliklər yaradır.
Sinoptiklərin məlumatına əsasən, iyunun 28-dək davam edəcək yağışlı havanın piyadaların hərəkətində də çətinliklər yaradacağını, eləcə də moped və motosiklet idarə edən şəxslər üçün əlverişsiz olduğunu xatırladır və onlardan yağmurlu hava şəraitini nəzərə almağı, özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaradan davranışlardan çəkinməyi xahiş edirik.
Baxış sayı: 120
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
