Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Bakı Ali Neft Məktəbində yerləşən "İnformasiya Təhlükəsizliyi Testləri" Laboratoriyasında "Kiberpoliqonda praktiki məşğələ" (Cyber Range Hands-On Exercise) adlı praktiki təlim keçirilib.
Fact-info.az xəbər verir ki, tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı, NATO-nun "Sülh və Təhlükəsizlik naminə Elm" proqramının dəstəyi ilə baş tutub.
Məqsəd enerji sektorunda fəaliyyət göstərən operatorların, texniki mütəxəssislərin və dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, kritik informasiya infrastrukturuna qarşı yönələn müasir təhdidlər barədə məlumatlılığın gücləndirilməsi, eləcə də kibertəhlükəsizlik insidentlərinə operativ və effektiv cavabvermə imkanlarının təkmilləşdirilməsi olub.
Praktiki məşğələ çərçivəsində Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun nümayəndələri tərəfindən enerji sektoruna qarşı yönələn aktual kibertəhdidlər, kritik infrastrukturlara qarşı həyata keçirilmiş real kiberhücum nümunələri, habelə insidentlərə cavabvermə proseslərində tətbiq olunan yanaşmalar barədə təqdimatlar keçirilib. İştirakçılar müxtəlif ssenarilər əsasında kiberinsidentlərin aşkarlanması, təhlili və cavab tədbirlərinin həyata keçirilməsi istiqamətində praktiki tapşırıqlar yerinə yetiriblər.
Təlimdə iştirak üçün ölkənin enerji sektorunu təmsil edən 13 qurum və təşkilatdan ümumilikdə 18 iştirakçı seçilib.
Baxış sayı: 85
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
