İsrail və Livan tərəflər arasında gələcək nizamlanma prosesini müəyyən edə biləcək niyyət bəyannaməsi imzalamağa yaxındır.
Fact-info.az xəbər verir ki, bunu Bəhreyndə jurnalistlərə ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib.
"Bu gün Livan və İsrail rəsmiləri arasında danışıqların üçüncü günü olacaq. Düşünürəm ki, dünən çox yaxşı bir gün oldu. Biz iki ölkə arasında ümidverici bir gələcəyin cizgilərini cızmağa başlayacağına dərindən iandığım niyyət bəyannaməsini əldə etməyə çox yaxınıq. Bu, bir proses olacaq, vaxt aparacaq və böyük əmək tələb edəcək", — deyə Rubio bildirib.
Onun sözlərinə görə, son 30 ildə ilk dəfədir ki, Livan hökuməti İsrail hökuməti ilə birbaşa danışıqlar aparır. Dövlət katibi onu da bildirib ki, Vaşinqton hadisələri yerindəcə yoxlamaq üçün CENTCOM-un (ABŞ Mərkəzi Komandanlığı) İsrail və Livan hərbçiləri ilə qarşılıqlı fəaliyyət göstərdiyi monitorinq mexanizmini yenidən bərpa edib.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
