FACT-INFO.AZ » SİYASƏT » İslam dünyasının birliyi və ortaq inkişafı naminə Bakı platforması - Millət vəkili yazır
25-06-2026, 14:30 | SİYASƏT
İslam dünyasının birliyi və ortaq inkişafı naminə Bakı platforması - Millət vəkili yazır

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası müsəlman ölkələri arasında siyasi, iqtisadi və parlament əməkdaşlığının gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir. Dünyada baş verən geosiyasi proseslər, regional münaqişələr, iqtisadi çağırışlar və qlobal təhlükələr İslam ölkələrinin daha sıx əməkdaşlıq etməsini, ortaq problemlərə birgə yanaşmalar sərgiləməsini zəruri edir. Bu baxımdan Bakı sessiyası yalnız parlamentlərarası dialoq üçün deyil, həm də İslam dünyasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin İslam dünyasında artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul edilməsinin daha bir göstəricisidir. Ölkəmiz hər zaman İslam həmrəyliyinin gücləndirilməsinə, müsəlman dövlətləri arasında qarşılıqlı etimadın və əməkdaşlığın inkişafına mühüm töhfələr verib. Məhz buna görə də Bakı artıq beynəlxalq dialoq, əməkdaşlıq və qarşılıqlı anlaşma məkanlarından birinə çevrilib.

Parlament diplomatiyası müasir beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyət kəsb edir. Dövlətlər arasında siyasi münasibətlərin inkişafında qanunverici orqanların rolu getdikcə artır. Parlamentlərarası əməkdaşlıq yalnız qanunvericilik təcrübəsinin paylaşılmasına deyil, həm də iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafına mühüm təsir göstərir. Bu mənada Bakıda keçirilən sessiya İƏT üzv dövlətləri arasında münasibətlərin daha da dərinləşməsinə, qarşılıqlı maraq doğuran məsələlər üzrə ortaq mövqelərin formalaşdırılmasına geniş imkanlar yaradır. Bu platformada qəbul olunan qərarlar sözügedən problemlərin araşdırılmasına mühüm töhfə verə bilər.

Bu günlərdə Bakının uğurla ev sahibliyi etdiyi İslam İnkişaf Bankının illik toplantısı da İslam ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli rol oynayır. İslam İnkişaf Bankının rəhbərliyi Bakıda keçirilən tədbirdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini açıq şəkildə ifadə edib. Bu, ilk növbədə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığa açıq siyasəti, irəli sürdüyü layihələrin regional və qlobal əhəmiyyəti ilə bağlıdır. Azərbaycan bu gün regionda iqtisadi sabitliyi, əlverişli investisiya mühiti və etibarlı tərəfdaş imici ilə seçilən ölkələrdən biridir. Eyni zamanda, ölkəmizdə xarici investisiyaların cəlb olunmasına xidmət edən müasir qanunvericilik bazasının formalaşdırılması, dövlət tərəfindən yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin yaradılması Azərbaycanın beynəlxalq maliyyə institutları və sərmayədarlar üçün cəlbediciliyini artırır.

Dövlət zəmanəti ilə həyata keçirilən iri layihələr və beynəlxalq maliyyə sazişləri müntəzəm olaraq Milli Məclisdə müzakirə edilərək təsdiqlənir. Bu proses dövlətin maliyyə və investisiya siyasətində şəffaflığın təmin edilməsinə, həmçinin cəmiyyətin nümayəndələri vasitəsilə qərarların qəbulunda iştirakına imkan yaradır. Bütün bunlar Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdırır.

Həqiqətən də, son illər Azərbaycanın həyata keçirdiyi uğurlu iqtisadi siyasət, regional və qlobal əhəmiyyət daşıyan təşəbbüslər, eləcə də beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı ölkəmizin nüfuzunu daha da artırıb. İƏT Parlament İttifaqının Bakı sessiyası da bir daha göstərdi ki, Azərbaycan İslam dünyasının həmrəyliyinə, sülhə, qarşılıqlı dəstəyə və ortaq inkişaf ideyalarına mühüm töhfələr verən dövlətlərdən biridir.

Müsəlman ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsi, parlament diplomatiyasının inkişafı və ortaq problemlərin birgə həlli istiqamətində belə platformaların əhəmiyyəti bundan sonra da artacaq. Azərbaycanın bu proseslərdə fəal iştirakı həm ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, həm də İslam dünyasında birliyin və həmrəyliyin daha da güclənməsinə xidmət edir.

Cavanşir Feyziyev,

Milli Məclisin deputatı




Baxış sayı: 190
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30