FACT-INFO.AZ » SİYASƏT » XİN: Fransanın regionla bağlı köhnəlmiş və birtərəfli yanaşması etibarlı tərəfdaş imicinə zərbə vurur
24-06-2026, 19:00 | SİYASƏT
XİN: Fransanın regionla bağlı köhnəlmiş və birtərəfli yanaşması etibarlı tərəfdaş imicinə zərbə vurur

Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin iyunun 23-də Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik.

Fact-info.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa Milli Assambleyasının üzvlərinin suallarına verdiyi əsassız cavablara dair şərhində yer alıb.

Bildirilib ki, Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir.

Cavablarda Ermənistanın təhlükəsizliyi, “Dağlıq Qarabağdan olan ermənilər”, “Azərbaycanda saxlanılan erməniəsilli şəxslər” kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur.

Fransa tərəfinin özünü sülh prosesinin tərəfdarı kimi təqdim etməsinə baxmayaraq, Ermənistanla müdafiə əməkdaşlığını xüsusi vurğulaması və EUMA missiyasının fəaliyyətini təşviq etməsi Fransanın regionda neytrallıqdan tamamilə uzaq olduğunu bir daha göstərir. Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi, onu silahlandırması və regionda birtərəfli siyasi mövqe sərgiləməsi sülhə xidmət etmir. Əksinə, bu cür addımlar revanşist meyilləri təşviq edir və normallaşma prosesinə zərbə vurur.

“Erməni əsirləri və saxlanılan şəxslər” barədə səsləndirilən iddialar reallıqlara tamamilə ziddir. Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi və məhkəmənin qərarının sual altına alınması cəhdləri qəbuledilməzdir. Azərbaycanda saxlanılan erməniəsilli şəxslər milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər. Ermənistanla yanaşı, Fransanın da 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və digər erməniəsilli şəxslər müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərə görə məhkum ediliblər və cəzalarını çəkirlər.

Ermənistanda və keçmiş işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsi, məscidlərin dağıdılması və vandalizmə məruz qalması faktlarını görməməzliyə vuran Fransa tərəfinin “erməni mədəni və dini irsi” ilə bağlı iddiaları şərh etməsi gülüncdür.

Qeyd edilənlərlə yanaşı, siyasətçilərin çoxsaylı korrupsiya faktları, polis zorakılığı, etirazçıların sərt şəkildə dağıdılması, jurnalistlərə qarşı təzyiqlər, miqrantların hüquqlarının pozulması və dini ayrı-seçkiliklə bağlı çoxsaylı nümunələrlə, həmçinin Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən zorakılıqlarla yadda qalan Fransanın Azərbaycana insan hüquqları ilə bağlı dərs verməyə çalışması təəccüb doğurur.

Fransa XİN-in cavabları bir daha göstərir ki, Paris hələ də regionun reallıqlarını qəbul etməkdə çətinlik çəkir və Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə vermək əvəzinə, köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir. Bu isə Fransanın həm regiondakı nüfuzuna, həm də etibarlı tərəfdaş imicinə ciddi zərbə vurur.




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30