FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş biblioqrafik göstərici
24-06-2026, 16:00 | TƏDQİQATLAR-ANALITIKA
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş biblioqrafik göstərici

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında "Birinci Türkoloji Qurultay – 100" adlı biblioqrafik göstərici nəşr olunub. Nəşr 1926-cı ildə Bakıda keçirilmiş və Türk dünyasının elmi-mədəni həyatında mühüm dönüş nöqtəsi hesab edilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunub.

Bu barədə  Fact-info.az-a MEK-dən məlumat verilib.

Biblioqrafik göstərici Azərbaycan Prezidentinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin icrası, eləcə də AMEA Rəyasət Heyətinin müvafiq qərarı əsasında hazırlanıb. Vəsaitdə qurultayın tarixi, onun elmi irsi və türkoloji fikrin inkişafına təsiri ilə bağlı zəngin mənbələr sistemli şəkildə bir araya gətirilib. Nəşrdə Azərbaycan, türk, rus və digər xarici dillərdə işıq üzü görmüş kitablar, monoqrafiyalar, elmi məqalələr, dövri mətbuat materialları, məcmuələrdə dərc edilmiş yazılar, avtoreferatlar, dissertasiyalar və digər biblioqrafik mənbələr öz əksini tapıb. Bununla yanaşı, Birinci Türkoloji Qurultayın iştirakçıları, təşkilatçıları, eləcə də qurultayın əhəmiyyəti barədə görkəmli elm, mədəniyyət və siyasi xadimlərinin məqalələri, çıxışları da vəsaitə daxil edilib.

Toplu yalnız biblioqrafik mənbələrin siyahısını təqdim etmir, eyni zamanda, Birinci Türkoloji Qurultayın öyrənilməsi istiqamətində aparılmış elmi tədqiqatların ümumi mənzərəsini əks etdirən mühüm informasiya resursu kimi çıxış edir. Bu baxımdan vəsait türkoloji araşdırmalarla məşğul olan alimlər, doktorantlar, magistrantlar, tələbələr, kitabxanaçılar və ümumilikdə Türk dünyasının tarixi və mədəni irsi ilə maraqlanan oxucular üçün etibarlı istinad mənbəyi hesab olunur.

Kitabda vəsaitin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin "Birinci Türkoloji Qurultayın qurucuları, dərsləri və çağırışları" adlı elmi məqaləsi də yer alıb. Məqalədə qurultayın təşkil olunmasının tarixi zərurəti, onun türk xalqları arasında elmi əməkdaşlığın möhkəmləndirilməsində oynadığı rol, qəbul edilən qərarların türkoloji elmin inkişafına təsiri və müasir dövr üçün aktuallığı geniş şəkildə təhlil edilir.

"Elm" nəşriyyatında çap olunan nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru isə Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevadır.

Biblioqrafik göstəricinin elektron versiyası ilə Mərkəzi Elmi Kitabxananın saytının elektron kitabxana bölməsində tanış olmaq mümkündür.




Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30