FACT-INFO.AZ » XƏBƏR » Türk coğrafiyasının genişlənməsi strateji hədəfə çevrilməlidir
24-06-2026, 11:30 | XƏBƏR
Türk coğrafiyasının genişlənməsi strateji hədəfə çevrilməlidir

İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi Türk dünyasında, xüsusilə Mərkəzi Asiya Respublikalarında canlanmaya səbəb oldu. Həmin coğrafiyada yaşayan xalqlar anlamağa başladılar ki, heç bir imperiya təpkisi, iqtisadi-siyasi təhdidlər gerçək türk birliyinə əngəl ola bilməz.

44günlük savaşda tarixi qələbəmiz bu birliyin dərinləşməsində yeni bir mərhələnin başlanğıcı oldu. Türk dövlətlərinin əməkdaşlığı, birliyi pozitiv hədəflərə söykənir. Burada böyük qardaş anlayışı yoxdur. Bərabərhüquqlu, iqtisadi inkişafa hədəflənən, təhlükəsizlik meyarları əsas götürülən  bir mexanizm ortadadır.

Mərkəzi Asiya Respublikaları rəhbərlərinin, xüsusilə ötən gün Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri və görüşlər zamanı səsləndirdiyi səmimi fikirlər əməkdaşlığın daha da dərinləşməsinə hədəfləndiyini  göstərir. Hər bir ölkə  ixrac potensialını genişləndirərkən  optimal, səmərəli marşurutlar üzərində düşünür. Bu baxımdan digər Mərkəzi Asiya respublikaları ilə bərabər Türkmənistan üçün  də  Azərbaycan Qərbə açılan qapıdır.

Bu coğrafiyadan keçən nəhəng tranzit xəttlər ən təhlükəsiz, iqtisadi cəhətdən əlverişli strateji layihələrdir. Azərbaycan öz ərazisindən keçən nəhəng tranzit layihələrin gerçəkləşməsinə dəstək verməklə bərabər, Türk birliyinə strateji dəstəyini də ortaya qoyur. 

Nəhayət, tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proseslər yaşanır. Bu gün isə geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Hətta Türk Dövlətlər Təşkilatının  hədəfləri böyük bir coğrafiya üçün strateji əhəmiyyət kəsb edir. Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji hədəfimizə çevrilməlidir.


Əkrəm Bəydəmirli 





Baxış sayı: 270
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30