Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və xarici əlaqələr üzrə ixtisaslaşmış daimi komitəsinin 12-ci iclası keçirilib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında Azərbaycanın müsəlman ölkəsi olduğunu vurğulayaraq, Qarabağ məsələsində göstərilən daimi dəstəyə görə üzv dövlətlərə təşəkkür edib. O, doğma torpaqlarımızın işğaldan azad olunduğunu və hazırda Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını bildirib.
Deputat, həmçinin qeyd edib ki, Azərbaycan müsəlman dünyasındakı proseslərə hər zaman diqqət ayırır. O, İslam ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Gündəliyə əsasən, iclasda Fələstin üzrə Komitənin 14-cü iclasında qəbul edilmiş Fələstin işinə dair siyasi qətnamələr nəzərdən keçirilib. Eyni zamanda, Müsəlman icmaları və azlıqları üzrə komitənin beşinci iclasının hesabatına və qətnamələrinə baxılıb, Sahel bölgəsində təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Baxış sayı: 180
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
