FACT-INFO.AZ » QHT » Nazirlər Kabineti QHT-lərin maliyyələşdirilməsi ilə bağlı “bir pəncərə” sisteminin tətbiqinə dair qaydaları təsdiq edib
22-06-2026, 17:30 | QHT
Nazirlər Kabineti QHT-lərin maliyyələşdirilməsi ilə bağlı “bir pəncərə” sisteminin tətbiqinə dair qaydaları təsdiq edib

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiq olunub

Prezident İlham Əliyevin 2025-ci il 29 dekabr tarixli müvafiq Fərmanı (https://president.az/az/articles/view/71137) ilə 15 dövlət qurumu - 9 Nazirlik (Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) və digər 6 qurum (Dini Qurumlar İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Gənclər Fondu, KOBİA və ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi) tərəfindən QHT-lərin müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirilməsinə dair qərar verilib. Bundan irəli gələrək Nazirlər Kabinetinə qeyri-hökumət təşkilatlarının “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qaydanı müəyyənləşdirmək tapşırılmışdı.

 

Ötən dövr ərzində qaydanın hazırlanması üzərində ciddi iş aparılıb, dövlət qurumları ilə silsilə kollegial müzakirələr keçirilib, müvafiq rəy və təkliflər nəzərə alınıb.

2026-cı il iyunun 22-də Nazirlər Kabineti bu qaydanı 188 nömrəli qərarla (https://nk.gov.az/.../azerbaycan-respublikasinin-dovlet...) təsdiq edib.

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda əsasında işə düşən yeni mexanizm Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 15 dövlət qurumu ilə sıx koordinasiyada QHT-lərin maliyyələşdirilməsinə dair vahid databaza formalaşdırmasına, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü, ölçüləbilən olmasına, bu istiqamətdə milli prioritetlərə uyğun mövzuların dövlət qurumları arasında vaxtında və düzgün bölüşdürülməsinə, işlərin sistemli və ardıcıl şəkildə planlaşdırılmasına xidmət edəcək.

Prezident İlham Əliyevin tapşırığı ilə prosesin “bir pəncərə” prinsipi əsasında aparılması dövlət qurumlarının QHT-lərlə iş sahəsində fəaliyyətinin sistemləşdirilməsi mahiyyətli olmaqla, bu sahədə fundamental dəyişikliklərə səbəb olacaq köklü islahatdır.

Yeni qaydalar üzrə qrant məbləğləri artırılıb və müvafiq hədlər müəyyənləşdirilib:

- “Kiçik qrant” üzrə - qrant məbləğinin yuxarı həddi 30000 (otuz min) manat;

- “Böyük qrant” üzrə - qrant məbləğinin aşağı həddi 30000 (otuz min) manat:

“Böyük qrant” üzrə - qrant məbləğinin yuxarı həddi hər bir müsabiqə üzrə QHT Agentliyi tərəfindən, donor qurumlara münasibətdə isə müvafiq donor qurum və ya qurumlarla birlikdə müəyyən edilir və müsabiqə elanında açıqlanır.

“Səfər qrantı” üzrə - qrant məbləğinin yuxarı həddi 15000 (on beş min) manat.

Layihələrin ekspertiza meyarları da gücləndirilib. Bundan sonra ekspert qrupu layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq məsələlərinə, layihənin müvafiq sahədə dövlət siyasətinə və qüvvədə olan müvafiq sahəni tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrə, strateji sənədlərin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfəsini də ayrıca dəyərləndirəcək.

 

QAYDALAR

Sənədlər




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30