Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.
Nazirlikdən Fact-info.az-a bildirilib ki, aparılan geniş maarifləndirmə işlərinə, eləcə də küləkli hava şəraitində və qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsi barədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd yanaşması ağır nəticələrə səbəb olur.
Qeyd olunub ki, paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən və “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə, küləkli hava şəraitində baş vermiş son sudabatma hadisəsi təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini bir daha göstərir.
FHN vətəndaşları küləkli hava şəraitində dənizə girməməyə, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə, qeyri-çimərlik ərazilərdə çimməməyə və xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyə çağırıb.
Nazirlik xatırladıb ki, qaydalara biganə yanaşmaq insan həyatı üçün ciddi təhlükə yaradır.
Təhlükə zamanı 112 qaynar xəttinə zəng etmək tövsiyə olunur.
Baxış sayı: 85
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
