Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi Ağdam şəhərində daha bir qrup sakin üçün peşə hazırlığı kursu açıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Fact-info .az-a verilən məlumata görə, kursda müdavimlərə tikişçi peşəsi üzrə nəzəri və praktiki biliklər tədris edilir, müasir istehsalat proseslərinə uyğun bacarıqlar öyrədilir.
Onlar peşə hazırlığı kursunu bitirdikdən sonra Ağdamda fəaliyyətə başlayacaq “Komfy” MMC-də müvafiq işlə təmin olunacaqlar.
Məqsəd regionda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbatın qarşılanması, işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələrinə dəstək göstərməkdir.
Baxış sayı: 95
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
