FACT-INFO.AZ » XƏBƏR » “Uzaq yolların işığı”nda
22-06-2026, 08:30 | XƏBƏR
“Uzaq yolların işığı”nda

"Gazelli Art House Baku” qalereyasında XX əsr Azərbaycan təsviri sənətinin görkəmli və sayılıb-seçilən nümayəndələrindən biri, Xalq Rəssamı, akademik Mikayıl Abdullayevin yaradıcılığına həsr edilmiş “Uzaq yolların işığı” adlı sərgi açılıb.

Fact-info.az-a Qalereyadan bildirilib ki, ilk dəfə ictimaiyyətə nümayiş etdirilən işlərlə yanaşı, əllidən çox rəsm əsərlərini və kağız üzərində qrafik işləri bir araya gətirən bu sərgi layihəsi Mikayıl Abdullayevin zəngin bədii irsinə yenidən tanış olmaq üçün unikal bir imkan yaradır.

Çox az rəssam tapılar ki, bir xalqın öz kimliyini necə görməsinə Mikayıl Abdullayev qədər dərindən təsir edə bilsin. Sovet dövrünün onilliklərini də əhatə edən bir zaman kəsiyində, yarım əsr boyunca, o, Azərbaycanın vizual kimliyinin formalaşmasında həlledici rol oynayıb. Üfüqə doğru açılan şumlu tarlaları, Abşeronun quru və şəffaf işığı, eləcə də bu mənzərələrin içində yaşayan əkinçilər, su daşıyanlar və analar onun yaradıcılığında ölkənin ən tanınan obrazlarına çevrilib. Bunlar sadəcə “arxa fon” yox, bütöv nəsillərin öz doğma torpaqlarını tanıdığı və qəbul etdiyi obrazlardır. Bu vizual dil illərlə o qədər yaddaşlara hopub və doğmalaşıb ki, bu gün artıq sonradan yaradılmış yox, həmişə mövcud olmuş bir həqiqət kimi görünür.

Azərbaycanın əsrarəngiz təbiətinin ruhunu, zəhmətkeş insanlarını və mədəni həyatını tərənnüm edən əsərləri ilə şan-şöhrət qazanmış Mikayıl Abdullayev, sovet dönəmində ölkənin vizual dilinin formalaşmasında həlledici rol oynayıb. Onun əsərləri vətənə ən səmimi və dərin bağlılığı ilə seçilir, Azərbaycanın heyrətamiz gözəlliklərini gündəlik həyatın, əməyin və ənənələrin ən səmimi səhnələri ilə birləşdirir. Hər bir əsər lirik bir ruhla milli kimliyin qürurunu harmoniyaya salır, zamanın sərhədlərini aşaraq hər yeni nəslin qəlbini oxşayır, ovsunlayır, nəsildən-nəsilə, ürəkdən-ürəyə süzülərək yaşayır.

Lakin bu Vətən obrazı yolların üzərində, uzaq səyahətlərin ocağında yoğrulmuşdu. Moskvada, Sergey Gerasimovun emalatxasında sənətin sirləri öyrənən rəssam dünyanı gəzib-dolaşmağa başladı. Otuz il ərzində, dəfələrlə Hindistana qayıtdı, İtaliya, Vyetnam və Krıma səyahətlər etdi. Bu səfərlər ərzində onun kağız üzərində çevikliklə yaratdığı işıqlı əsərlər, bu uzaq məsafələrin onun baxış bucağının daha kəskin, daha dərin etməsini bir daha göstərir. Onun xarici ölkələrdə tapdığı işıq, onun öz doğma yurduna yönəltdiyi işıq ilə eyni idi. “Uzaq yolların işığı” adı da məhz bu qarşılıqlı əlaqəni vurğulayır: geniş dünya və doğma Vətən eyni diqqət, eyni baxış, eyni sarsılmaz sevgi ilə rənglənirdi.

Uzun illərin həsrətindən sonra rəssamın Bakıda təşkil olunan ilk fərdi sərgisi, nadir rast gəlinən əsərlərin əhəmiyyətli bir qismini bir araya gətirərək, Azərbaycanın incəsənət tarixində öz mərkəzi mövqeyini qoruyub saxlayan Mikayıl Abdullayevin möhtəşəm irsinə yeni nəfəs və dərin bir baxış edir.

Qeyd edək ki, sərginin təşkil olunması rəssamın oğlu Cami Abdullayevin təşəbbüsü ilə baş tutub və əsərlər şəxsi ailə kolleksiyasından seçilib. Burada nümayiş olunan işlərin çoxu ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim edilir.

Sərgi iyulun 31-dək ziyarətçilər üçün açıq olacaq.




Baxış sayı: 120
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031