FACT-INFO.AZ » AKTUAL » İrəvan Azərbaycan Pedaqoji Texnikumunun məzunu İslam Adıgözəlov və onun “Vurğunun” şeiri
21-06-2026, 14:30 | AKTUAL
İrəvan Azərbaycan Pedaqoji Texnikumunun məzunu İslam Adıgözəlov və onun “Vurğunun” şeiri

Xalq şairi Səməd Vurğun -120

XX əsrin 30-40-cı illərində İrəvan Azərbaycan Pedaqoji Texnikumunun (İrəvan Türk Pedaqoji Texnikumu) 15 nəfər məzunu Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonunun Cil kənd orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olaraq, bölgədə savadsızlığın aradan qaldırılmasında, təhsilin inkişafında müstəsna xidmətlər göstərmişlər. Bu ziyalıların böyük bir qismi sonradan təhsil yollarını davam etdirərək İrəvan və Bakı şəhərlərində ali təhsil alıblar.

İrəvan Azərbaycan  Pedaqoji Texnikumunun məzunlarından biri də  İslam Yusif oğlu Adıgözəlovdur. O, 1913-cü ildə Qərbi Azərbaycanın qədim Göyçə mahalının Cil kəndində dünyaya göz açıb. O, ilk təhsilini doğma kəndindəki dini məktəbdə alıb, sonra  təhsilini Cil kənd ibtidai, daha sonra  yeddiillik məktəbində davam etdirib. Maarifə olan böyük həvəsi onu İrəvan Türk Pedaqoji Texnikumuna gətirib. Buranı uğurla bitirdikdən sonra yenidən doğma yurduna qayıdaraq Cil kənd yeddiillik məktəbində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmağa başlayıb. Təşkilatçılıq bacarığı və peşəkarlığı sayəsində o, 1939-1942-ci illərdə bu təhsil ocağında direktor müavini və direktor vəzifələrində çalışıb.

İkinci Dünya müharibəsinin başlaması onun taleyini yarımçıq qoyub. İslam Adıgözəlov 28 mart 1942-ci ildə hərbi səfərbərliyə alınaraq Gürcüstan SSR-nin Zestafoni şəhərində yerləşən 38-ci ehtiyat atıcı alayın sərəncamına göndərilib. Krasnoselo Rayon Hərbi Komissarlığının (RHK) müharibədən sonrakı müxtəlif tarixli (29 avqust 1947-ci il tarixli 62371 saylı, 17 avqust 1948-ci il tarixli 47873 saylı və 25 fevral 1949-cu il tarixli 9270 saylı) rəsmi məlumatlarında onun 1942-ci ilin dekabr ayında cəbhədə itkin düşdüyü qeyd olunur.

İslam Adıgözəlov Pürzə Məhəmməd qızı ilə ailəli olub.  Onun iki övladı yadigar qalıb: sonralar atasının poeziya ruhunu davam etdirən tanınmış şair Zəki  İslam (1939-2017) və qızı Urquya (1942-2010).


                 Səməd Vurğunla unudulmaz görüş və tarixləşən anlar

İslam Adıgözəlovun tələbəlik illərinin ən parlaq xatirələrindən biri 1936-cı ilin oktyabr ayına təsadüf edir. Həmin vaxt Azərbaycanın xalq şairi Səməd Vurğun İrəvana səfər edərək, oradakı azərbaycanlı müəllim və tələbə heyətinin qonağı olur. Bu görüş İrəvandakı soydaşlarımızda, xüsusən də gənc İslamda dərin izlər buraxır. Böyük sənətkarın xarizması, nitqi və səmimiyyəti gənc tələbəni o qədər ilhamlandırır ki, o, şairə "Vurğunun" adlı ustadnamə ruhlu bir şeir həsr edir.


Azərbaycan ədəbiyyatının nəhəng simasının doğumunun 120 illik yubileyi ərəfəsində həmin qiymətli ədəbi nümunəni oxuculara təqdim edirik:

 

Vurğunun

Nizami yurdundan, Vaqif elindən,

Xoş gəlib, görüşə özü Vurğunun,

Dildən-dilə, eldən-elə yayılır,

Söhbəti Vurğunun, sözü Vurğunun.


Hər oxuyan Molla Pənah olanmaz,

Yazan yazar, şair adı alanmaz,

Hər şair də şair kimi qalanmaz,

Qalıbdı, qalacaq özü Vurğunun.


Azəri dilini mükəmməl sevən,

Kəlmələri, cümlələrdə izləyən,

Mən İslamam, haqda haqqı gözləyən,

Haqdandı cığırı, izi Vurğunun.

Tələbə İslam Adıgözəlovun vaxtilə qələmə aldığı bu misralar dəyərli bir poeziya nümunəsidir. Şeirin ilk bəndində müəllifin Səməd Vurğunu "Nizami yurdu", "Vaqif eli" ilə əlaqələndirməsi onun klassik ədəbi irsimizə dərindən bələd olmasından və Səməd Vurğunu dahi sələflərinin layiqli davamçısı kimi görməsindən xəbər verir.

İkinci bənddə müəllif hər yazanın şair ola bilməyəcəyini, əsl yaradıcılığın zamana tabe olmadığını vurğulayır. "Hər oxuyan Molla Pənah olanmaz" misrası ilə Səməd Vurğunun Vaqif məktəbindən bəhrələndiyini və özünün də ədəbiyyatda bir zirvəyə çevrildiyini önə çəkir.

Şeirin son bəndində Səməd Vurğunun Azərbaycan dilinin saflığı, onun söz və cümlə quruluşunun zənginliyi uğrunda apardığı mübarizə və yaradıcılıq uğurlarını təqdir edir. "Haqda haqqı gözləyən" İslam, Vurğunun tutduğu sənət yolunun ("cığırının, izinin") Tanrıdan gələn bir istedad və haqq yolu olduğunu bəyan edir.

Bu şeir həm də Qərbi Azərbaycanda (İrəvanda, Göyçədə) yaşayan soydaşlarımızın ana dilimizə, ümumazərbaycan mədəniyyətinə və onun xadimlərinə bəslədiyi tükənməz sevginin səmimi bir təzahürüdür. 


 

                                                                      Fərrux Rüstəmov
ADPU-nun İbtidai təhsilin pedaqogikası ksfedrasının müdiri, pedaqoji elmlər doktoru, professor,Əməkdar elm xadimi, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini            




Baxış sayı: 1 045
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30