Ermənistanın əsas sənaye və filiz zənginləşdirmə müəssisələrinin çirkablarının içməli çay sularına axıdılması ən ciddi problemlərdəndir və onun birgə həllinə heç bir maneə olmamalıdır.
Bu fikirləri “Environmental Protection First” Koalisiyasının üzvü İslam Mustafayev Koalisiyanın Ermənistanda “Liderlər təbiət naminə” devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına təşkilatın müraciəti ilə bağlı brifinqdə deyib.
“Hesab edirəm ki, sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlarda ətraf mühitin mühafizəsi və transsərhəd su ehtiyatlarının qorunması əsas müzakirə mövzularından biri olmalıdır. Eyni zamanda, bu istiqamətdə regional monitorinq qrupunun yaradılması və onun müvafiq ərazilərdə fəaliyyət göstərməsi üçün şərait təmin edilməlidir. Belə bir mexanizm çayların ekoloji vəziyyətinin müntəzəm izlənilməsinə, şəffaflığın artırılmasına və mümkün ekoloji risklərin vaxtında müəyyən edilərək qarşısının alınmasına töhfə verə bilər”, - deyə İslam Mustafayev bildirib.
Baxış sayı: 75
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
