FACT-INFO.AZ » SİYASƏT » Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib
19-06-2026, 09:00 | SİYASƏT
Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) Ankarada keçirilən iclasda digər məsələlərlə yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş son prosesləri müzakirə edib.  Fact-info.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən MTŞ iclasının yekunlarına dair yayılan bəyanatda bildirilib.

İki saat davam edən müzakirələr zamanı iştirakçılar regionda terror təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işləri də qiymətləndiriblər.

“Ölkənin və qonşu dövlətlərin terrorizmin ağır yükündən, o cümlədən Türkiyə üçün təhlükə yaradan PKK, İŞİD və FETÖ terror təşkilatlarından azad edilməsi istiqamətində qəti iradə bir daha təsdiqlənib”, – deyə MTŞ-nin bəyanatında vurğulanıb.

Şərqi Aralıq dənizindəki vəziyyət kontekstində Türkiyənin Kipr üzrə qarant ölkə kimi kiprli türklərin təhlükəsizliyinin və rifahının təmin olunmasına yönəlmiş siyasətə sadiqliyi bir daha ifadə edilib. İclas iştirakçıları Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və mənafelərinə xələl gətirə biləcək cəhdlərin, eləcə də Şərqi Aralıq dənizində mövcud sülh mühitini pozmağa yönələn addımların qarşısının alınmasının vacibliyi barədə ortaq mövqe sərgiləyiblər.

İran ətrafındakı vəziyyət də müzakirələrin əsas mövzularından biri olub.

Tehran və Vaşinqton arasında əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub, dialoq prosesini pozmağa yönələn cəhdlərə qarşı qətiyyətli mövqe nümayiş etdirilməsinin vacibliyi vurğulanıb.

Bəyanatda Ankaranın regionda davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş səylərə fəal töhfə verməyə hazır olduğu qeyd edilib.

Ukraynadakı vəziyyətə toxunan Türkiyə Milli Təhlükəsizlik Şurası münaqişənin daha da kəskinləşməsinin və qonşu regionlara, xüsusilə də Qara dəniz hövzəsinə yayılmasının qarşısının alınması üçün bütün tərəfləri ədalətli və dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırıb.




Baxış sayı: 100
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30