FACT-INFO.AZ » QHT » "Xocalı harayı" kitabının təqdimat mərasimi keçirilib
18-06-2026, 16:30 | QHT
"Xocalı harayı" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Tibb Universiteti və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin birgə təşkilatçılığı ilə Tibb elmləri doktoru, Professor, Əməkdar müəllim Mübariz Allahverdiyevin ürək ağrısı ilə qələmə aldığı "Xocalı harayı" kitabının təqdimat mərasimi keçirilib. Mərasimi Azərbaycan Tibb Universitetinin (ATU) Prorektoru, dosent Mahir Səfərov açdı. Azərbaycanın Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Mahir həkim tədbirə toplaşan tibb işçilərini peşə bayramları günü ilə əlaqədar təbrik etdi.Mahir həkim, müəllimi olmuş Prof. M.Allahverdiyevin ömür yolu barədə qısa məlumat verdi. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu həm də həmin Təşkilatın Ağsaqqallar Şurasının sədri vəzifəsini icra edən (ictimai əsaslarla) M. Allahverdiyevin insani keyfiyyətlərindən danışdı. O, dedi: "əslən Xocalıdan olan Mübariz müəllim şərəfli bir ömür yaşayıb. Sevindicidir ki, Mübariz həkimin hər iki övladı tibb işçisidir və onun yolunu ləyaqətlə davam etdirir. Mübariz müəllimin çap etdirdiyi "Xocalı harayı" kitabı bu qədim türk yurdunda baş edən soyqırımdan bəhs olunur. Mübariz həkim həm də bunu poetik dillə oxucuların nəzərinə çatdırır". 
ATU-nun İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının müdiri, Prof.Nəriman Mövsümov, bu təhsil ocağının Oftalmologiya kafedrasının müdiri, Prof. Paşa Qəlbinur, ATU-nun dosenti, Əməkdar həkim Taryel Eyvazov, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şirin Mirzəyevin ömür-gün yoldaşı Flora Qasımova, 44gunsavash.az saytının baş redaktoru, yazıçı - publisist Mövsümağa Ədalət oğlu, "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu" nun sədri, qazi Ədalət Məhərrəmov, "Qarabağ Qaziləri" ictimai birliyinin sədr müavini, qazi Seymur Abdullayev, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Salatın Əsgərovanın gəlini Günay Əsgərova və başqaları nurlu insan, istedadlı alim Mübariz Abdullayevə gələcək işlərində uğurlar arzuladılar.
Daha sonra söz "Xocalı harayı" kitabının müəllifi M.Allahverdiyevə verildi. O, dedi: 2020-ci ilin sentyabr ayında başlanan II Vətən savaşına kimi içimdə ciddi narahatçılıq vardı.Əmin deyildim ki, bu tezliklə düşmən tapdağında olan torpaqlarımız geri qayıdacaq. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hücum əməliyyatları, həmçinin, 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror əməliyyatları qəlbimi riqqətə gətirdi.Tam əmin oldum ki, həqiqətən də Ali Baş Komandan nəyin və nə vaxt baş verəcəyini çox yaxşı bilirmiş. "Xocalı harayı" kitabı bundan sonra yarandı. Bu kitabda Xocalı soyqırımında yaşanan vəhşəti qələmimlə və poetik dillə dilə gətirdim.
Professor M.Allahverdiyev tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Mövsümağa Ədalət oğlu,
AJB üzvü, yazıçı-publisist.



Baxış sayı: 220
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30