FACT-INFO.AZ » CƏMİYYƏT » Elmə və təhsilə həsr olunmuş ömür yolu
18-06-2026, 11:30 | CƏMİYYƏT
Elmə və təhsilə həsr olunmuş ömür yolu

Professor Habil Məmmədovun 60 illik yubileyinə Azərbaycan elmi və təhsil ictimaiyyəti tanınmış tarixçi alim, tarix elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru Habil Nurkişi oğlu Məmmədovun 60 illik yubileyini qeyd edir. Ömrünün müdrik bir mərhələsinə qədəm qoyan alim çoxşaxəli elmi fəaliyyəti, pedaqoji fədakarlığı və yetişdirdiyi tələbələrlə ölkəmizdə tarix elminin və beynəlxalq münasibətlər tarixinin inkişafına mühüm töhfələr vermiş ziyalılardandır. Habil Məmmədov 27 iyun 1966-cı ildə Kürdəmir rayonunun Qaraqocalı kəndində anadan olmuşdur. Elmə və kitaba olan marağı onu erkən yaşlarından fərqləndirmişdir. O, 1973–1983-cü illərdə Köhnəbazar kənd orta məktəbində (indiki V.Qurbanov adına Şıxımlı kənd tam orta məktəbi) təhsil almış, 1984-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. Universiteti 1991-ci ildə fərqlənmə diplomu ilə bitirən gənc mütəxəssis gələcək elmi uğurlarının möhkəm təməlini məhz bu illərdə qoymuşdur. 

Professorun elmi fəaliyyəti Azərbaycan tarixinin mühüm və az araşdırılmış səhifələrinin öyrənilməsinə həsr olunmuşdur. O, hələ gənc yaşlarından respublikamızın bölgələrinin etnoqrafik tədqiqinə maraq göstərmiş və 1996-cı ildə “Muğanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini qazanmışdır. Bu fundamental tədqiqat Muğan bölgəsinin elmi baxımdan öyrənilməsinə həsr olunmuş ilk araşdırmalardan biri kimi diqqəti cəlb edir.

Zaman keçdikcə alimin elmi maraq dairəsi daha geniş mövzuları əhatə etmişdir. Azərbaycanın müstəqillik dövründə xarici dövlətlərlə qurduğu mədəni əlaqələr onun əsas tədqiqat istiqamətlərindən birinə çevrilmişdir. Bu istiqamətdə apardığı araşdırmaların nəticəsi olaraq, Habil Məmmədov 2013-cü ildə “Azərbaycan Respublikası ilə Şərqi Avropa ölkələri arasında mədəni əlaqələr (1991–2008-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Onun elmi fəaliyyətinin ana xəttini Azərbaycan–Şərqi Avropa mədəni əlaqələri tarixinin fundamental tədqiqi təşkil edir. Habil Məmmədov bacarıqlı pedaqoq və yüksək ixtisaslı kadrların yetişdirilməsində xidmətləri olan elm təşkilatçısı kimi də tanınır. O, əmək fəaliyyətinə 1995–2003-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycanşünaslıq Elmi-Tədqiqat Laboratoriyasında böyük elmi işçi kimi başlamışdır. 2003-cü ildən etibarən elmi-pedaqoji fəaliyyətini Bakı Slavyan Universiteti ilə bağlayan yubilyar burada Beynəlxalq münasibətlər və Avropaşünaslıq kafedrasında çalışmışdır. Hazırda universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsini uğurla icra edir. 

Professor Məmmədov universitetin elmi, ictimai və mədəni həyatında daim fəallığı ilə seçilmişdir. Alimin elmi nüfuzu təkcə universitet divarları ilə məhdudlaşmır. O, respublika və beynəlxalq miqyaslı tədbirlərdə, o cümlədən I və II Bakı Beynəlxalq Humanitar Forumlarında fəal iştirak edərək Azərbaycan elmini layiqincə təmsil etmişdir. Həmçinin 2014–2018-ci illərdə Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü kimi məsuliyyətli fəaliyyət göstərmişdir. Professorun elmi yaradıcılığı olduqca zəngindir. Onun müəllifi olduğu dərsliklər və dərs vəsaitləri bu gün tələbələr, magistrlər və gənc tədqiqatçılar üçün dəyərli mənbələrdən hesab olunur. Yeri gəlmişkən, Habil müəllim Azərbaycanda Bolqarıstanın, Ukraynanın, Polşanın və digər slavyan ölkələrinin tarixinə dair ana dilində ilk dərslik və dərs vəsaitlərinin müəlliflərindən biri kimi respublikamızda slavyanşünaslığın tədrisi və öyrənilməsinə mühüm töhfələr vermişdir. Habil müəllimlə ilk tanışlığımız 2020-ci ilə təsadüf edir. 

Onun rəhbərliyi ilə yaradılmış Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyi ötən illər ərzində rayonun tarixi-mədəni irsinin araşdırılması və təbliği istiqamətində mühüm fəaliyyət göstərmişdir. Birliyin təşəbbüsü ilə keçirilən konfranslar, seminarlar və vebinarlar yerli tarixə marağın artmasına, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə öz töhfəsini vermişdir. Professor Habil Məmmədov öz elmi biliyi və təşkilatçılıq bacarığı ilə rayonun ziyalılarını və tədqiqatçılarını ortaq məqsəd ətrafında birləşdirməyi bacarmışdır.

Onun rəhbərliyi altında həyata keçirilən layihələr Kürdəmirin zəngin tarixi irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu gün də onun əməyi rayonun elmi və ictimai həyatında dəyərli xidmət nümunəsi kimi yüksək qiymətləndirilir. Altmış yaş ömrün müdriklik zirvəsidir. Bu zirvədən geriyə baxarkən professor Habil Məmmədov şərəfli alim, sevilən müəllim və xalqına xidmət edən ziyalı ömrü görür. Biz də öz növbəmizdə hörmətli professoru 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan elminin tərəqqisi naminə fəaliyyətində yeni uğurlar arzulayırıq. Yubileyiniz mübarək, hörmətli Habil müəllim!

Nuralı İsmayılov 




Baxış sayı: 900
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30