Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib.
O, rumıniyalı həmkarı Marius Lazurka ilə məhsuldar görüş keçirdiyini bildirib:
"Azərbaycan və Rumıniya arasındakı strateji tərəfdaşlığı və ənənəvi dostluğu bir daha təsdiq edərək ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi üçün imkanları müzakirə etdik. Cənubi Qafqaza coğrafi cəhətdən ən yaxın olan Avropa İttifaqı üzvü dövləti kimi Rumıniya əməkdaşlığımızda mühüm yer tutur. Siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi apardıq. Fəal siyasi və təhlükəsizlik dialoqumuzu davam etdirmək barədə razılığa gəldik".
Baxış sayı: 60
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
