FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Xalq şairinə həsr olunan "Sözün qüdrəti” adlı virtual kitab sərgi hazırlanıb
17-06-2026, 12:00 | MƏDƏNİYYƏT
Xalq şairinə həsr olunan "Sözün qüdrəti” adlı virtual kitab sərgi hazırlanıb

Respublika Gənclər Kitabxanası Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq və ictimai xadim Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə silsilə maarifləndirici və mədəni layihələr həyata keçirir.

Bu barədə Fact-info.az-a kitabxanadan bildirilib ki, “Xalq şairi Səməd Vurğun – sözün qüdrəti” adlı virtual kitab sərgisi hazırlanıb. Virtual kitab sərgisi oxucuların, xüsusilə gənc nəslin görkəmli söz ustadının yaradıcılığı ilə daha yaxından tanış olması, klassik ədəbi irsə marağın artırılması məqsədilə hazırlanıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 100 və 120 illiyinin keçirilməsinə dair imzaladığı rəsmi sənədlərin, Ümummilli Lider Heydər Əliyevin şairin 90 illiyinə həsr edilən tədbirdə söylədiyi təbrik nitqinin tam mətni və Xalq şairi Səməd Vurğun haqqında söylədiyi dəyərli fikirlər yer alır. Bu fikirlərdə şairin Azərbaycan ədəbiyyatında və milli-mədəni düşüncə tarixində tutduğu xüsusi mövqe yüksək qiymətləndirilir.

Virtual kitab sərgisində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən, zəngin ədəbi irsi və milli-mənəvi dəyərlərindən bəhs edən, müxtəlif illərdə nəşr edilən, müəllifi olduğu və onun haqqında qələmə alınan 20-dən çox kitabın tam mətni təqdim edilir.

Sərgidə şairin ədəbi irsini, vətənpərvərlik ruhunu, milli düşüncə tərzini və sənət dünyasını əks etdirən və müxtəlif dövri mətbuat orqanlarında çap edilən akademik Nizami Cəfərovun “Adını layiqincə doğruldan alim”, filologiya elmləri doktoru, professor Elman Quliyevin “Səməd Vurğunun söz dünyası və Azərbaycançılıq məfkurəsi”, pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent Allahverdi Eminovun “Səməd Vurğunun “Ana və körpə”sindən duyulanlar”, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun “Səməd Vurğun şeirinin tarixiliyi və təkamül mərhələləri” kimi məqalələrinin tam mətni də yer alır.

“Xalq şairi Səməd Vurğun – sözün qüdrəti” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.




Baxış sayı: 160
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30