FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Tarixin yaddaşını özündə ehtiva edən Sündü Muzeyi
9-06-2026, 19:00 | MƏDƏNİYYƏT
Tarixin yaddaşını özündə ehtiva edən Sündü Muzeyi

Ziya Məlikov uzun müddət Sündü kənd Şikar Şikarov adına tam orta məktəbində direktor vəzifəsində çalışmışdır. Hazırda təqaüddədir. Məqsədi təqaüdə çıxandan sonra kənddə muzey yaratmaq olub. Həmin məqsədini də reallaşdırmağa başlayıb. Muzey 1922-ci ildə Babaş Şahbala oğlunun rəhbərliyi altında kənd sakinlərinin köməkliyi ilə inşa olunmuş Sündü kənd məktəbinin binasında təşkil olunub.( İndi isə məktəb yeni binada fəaliyyət göstərir).

 

Muzey Sündü kənd bələdiyyəsinin nəzdindədir.Burada olan eksponatlar,foto-stendlər,qədimi əl işləri və s. dörd otaqda yerləşdiril-mişdir.Yeni bir otaq da gənclərin əl işlərindən ibarət olacaqdır.Otaqların birində yerləşən emalatxanada Ziya müəllim şəxsən özü bərpa işləri ilə məşğul olur. Muzeyin təşkilində kənd sakinlərinin də köməkliyi danılmazdır. Onlar tərəfindən bura bir çox qədim əşyalar bəxş edilib. Girişdəki bir şuar diqqətimi cəlb etdi:


“Məqsədimiz keçmişə bələdçilik,gələcəyə körpü qoymaqdır”. Muzeydə ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı fotolar, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən Müharibəsi ilə bağlı “Dəmir yumruq” ifadəsi və “Əziz Şuşa, sən azadsan!” şüarı muzeydə əsas yer tutur.  Azərbaycanın  Milli Qəhrəmanı Şikar Şikarovun  foto-guşəsi ilə yanaşı onun haqqında geniş məlumat və şəxsi əşyaları muzeydə mühüm yer tutur. Həmyerlilərimiz Vətən Müharibəsi Qəhrəmanları- Şəhid Elyar Vəliyevin və canlı əfsanə Mirdamət Bağıyevin eləcədə Azərbaycanın Milli Qəhrəmanlarının da fotoları burada yer almışdır. Bura gələnlər Birinci Qarabağ və Vətən müharibəsində həlak olmuş həmyerlilərin foto-stendləri və onların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlarla bağlı məlumatlarla tanış ola bilərlər.


Sündü kəndindən 1915-1920- ci illərdə İslam Türk Ordusunda səkkiz nəfər iştirak etmişdir. Onlardan bir nəfəri itkin düşmüşdür. Muzeydə onlar haqqında da foto-guşə hazırlanıb və bəzilərinin döyüş vaxtındakı əşyaları, hətta bir ananın oğluna hifz etdiyi dua da əldə olunub.İkinci Dünya Müharibəsində Sündü kəndindən iştirak etmiş 420 nəfərdən 114-ü qayıtmamışdır. Qayıtmayanlardan 108 nəfərin də foto-stendi burada əks olunub.


Eyni zamanda otaqların birində Sosialist Əməyi Qəhrəmanı Balaqardaşov Qardaşbalanın və kənd ziyalılarının- alimlərin, təhsil, səhiyyə və müxtəlif peşə sahiblərinin fotoları ilə də yerində tanış olduq.

Muzeyin etnoqrafiya otağında Xəzərlər dövrünə aid məişət  əşyaları və qədimi bir ev maketi yerləşdirilmişdir.

Ayrıca bir otaq əməkdar müəllim, el ağsaqqalı Əhməd Seyidəhmədovun  yaradıcılığına həsr olunub. Onun 1970-ci ildən bəri öz əl əməyi ilə hazırlanmış elektiriklə təchiz olunmuş cihazlar, testlər,fotolar, herbarilər və s muzeyə bəxş olunmuşdur. Deyərdim ki, gənc nəslin kimyaçıları, bioloqları buradan faydalana bilərlər.


Muzeydə tədbirlərə də xüsusi yer ayrılır.Uzun muddət kolxoz sədri işləmiş Cabbar Yaqubovun 105 illiyi, məktəb direktoru vəzifəsində çalışmış Tapdıq Əkbərovun106 illiyi, Aşıq Soltanmurad Tərlan oğlunun xatirə günü, “ Zəfər Günü” ilə əlaqədər veteranlarla görüş bu silsilədəndir. İndi də rayonun bir sıra yaşayış məntəqələrində müəllimlik etmiş Gülməmməd Pirverdiyevin xatirə gününün qeyd olunmasına hazırlıq gedir. Eyni zamanda uzun müddət tibb sahəsində çalışmış Kamil Bəkirovla da görüş nəzərdə tutulub.

Baki Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Baki Avrasiya Universitetinin bir qrup müəllim-tələbə heyətı muzeyin qonağı olmuşdur.

Ziya müəllim bildirdi ki, muzeyə baxış üçün gələn bütün qonaqları hər an qarşılamağa hazırıq. Düzü muzeydə təşkil edilmiş işlər o qədər çoxdur ki, hamısnı əhatə edə bilmədim. Yəqin ki, davamı olacaq...


Məhəmməd Bayramov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü






Baxış sayı: 710
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30