İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən sahə görüşləri davam etdirilir. Növbəti görüşlər Laçın rayonunun Zabux kəndində, Zəngilan rayonunun Ağalı kəndində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, eləcə də Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində baş tutub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, sahə görüşlərinin əsas məqsədi sakinlərin kənd təsərrüfatı fəaliyyəti üzrə mövcud vəziyyətini hərtərəfli öyrənmək, onların cari təsərrüfat işlərində praktiki bacarıqlarını artırmaq və bu sahədə ehtiyaclarını müəyyənləşdirmək olub. Həmçinin təsərrüfatların daha səmərəli idarə olunması, məhsuldarlığın artırılması və müvafiq istiqamətlər üzrə peşəkar məsləhətlərin təqdim edilməsi nəzərdə tutulub.
Təsərrüfat sahibləri ilə görüşlərdə onların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. AXA-nın mütəxəssisləri tərəfindən əkin sahələrinin vəziyyəti qiymətləndirilib, torpağın becərilməsi, bitkilərin mühafizəsi, gübrələmə tədbirləri və məhsuldarlığın artırılması ilə bağlı tövsiyələr verilib. Eyni zamanda, sakinlərə torpaq analizlərinin aparılmasının əhəmiyyəti barədə ətraflı məlumat təqdim olunub. Bildirilib ki, torpağın münbitlik göstəricilərinin müəyyənləşdirilməsi düzgün gübrələmə proqramının hazırlanmasına, resurslardan səmərəli istifadəyə və nəticə etibarilə daha yüksək məhsuldarlığın əldə olunmasına imkan yaradır.
Proqram çərçivəsində heyvandarlıq təsərrüfatlarına da baxış keçirilib. Baytar həkimlər tərəfindən saxlanılan heyvanların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, yemləmə qaydaları, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi, peyvəndləmə və müxtəlif xəstəliklərdən qorunma üsulları barədə sakinlərə ətraflı məlumat verilib.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
