FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb
8-06-2026, 10:30 | MƏDƏNİYYƏT
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 7-də Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi"nin açılış mərasimi olub.

Mədəniyyət Nazirliyindən verilən  məlumatda bildirilib ki, tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər. Çıxışlarda qardaş ölkənin əsas kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi"nin açılması əlamətdar mədəni hadisə kimi qiymətləndirilib. Bildirilib ki, bu, xarici ölkələrdə yaradılan 19-cu belə bölmədir. Bölmənin açılması Azərbaycanın görkəmli ədəbi-ictimai xadimlərinin əsərləri ilə xaricdə yaşayan soydaşlarımızın, həmçinin yerli vətəndaşların daha yaxından tanış olması üçün imkan yaradır.

Qeyd edək ki, yeni yaradılan bölmədə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair müxtəlif nəşrlər yer alıb. Gələcəkdə Azərbaycan Milli Kitabxanası tərəfindən guşənin yeni nəşrlərlə zənginləşdirilməsi istiqamətində davamlı addımlar atılacaq.

Sonra kitabxanada görkəmli Azərbaycan şairi və mütəfəkkiri, dövlət xadimi Molla Pənah Vaqifin və türkmən ədəbiyyatının tanınmış siması Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.

Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi yazıçı-dramaturq İlqar Fəhmi hər iki ədibin yaradıcılığı haqqında məlumat verib. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Molla Pənah Vaqifin realist Azərbaycan ədəbiyyatının və ədəbi dilinin inkişafında müstəsna rol oynadığını bildirib.

Türkmənistan Dövlət Kitabxanasının direktoru Laçın Nurməhəmmədova çıxışında deyib ki, Məhtimqulu Fəraqi türkmən ədəbi dilinin banisi və özündən sonra ədəbi məktəb yaradan görkəmli şairdir. Qeyd olunub ki, 2024-cü ildə UNESCO-nun mənzil-qərargahında şairin 300 illiyi münasibətilə “Məhtimqulu Fəraqi və Türkmənistanın mədəni irsi” adlı sərgi və qala konsert keçirilib.

 




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30