FACT-INFO.AZ » CƏMİYYƏT » Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub
7-06-2026, 16:00 | CƏMİYYƏT
Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Arkadağda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, maarif xadimi Seyid Əzim Şirvani (1835-1888) və tanınmış türkmən şairi Dövlətməmməd Azadinin (1695-1760) yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.

Fact-info.az-a Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Dövlətməmməd Azadi adına Şəhər Kitabxanasında təşkil edilən konfransdan əvvəl tədbir iştirakçıları kitabxana ilə tanış olublar.

Konfrans Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, yazıçı-dramaturq İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşib.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor, Əməkdar mədəniyyət işçisi, Türk Dünyası Milli Kitabxanaları Birliyinin sədri Kərim Tahirov və Türkmənistan ədəbiyyatşünasları çıxış edərək hər iki ədibin həyat və yaradıcılıq yolundan söz açıblar.

Qeyd olunub ki, XVIII əsr klassik türkmən ədəbiyyatının inkişafında, onun yeni məzmun və ideyalarla zənginləşməsində xidmətləri olan Dövlətməmməd Azadi təxminən 40 illik yaradıcılıq fəaliyyətində humanist duyğular carçısı kimi şöhrət qazanıb. Onun oğlu Məhtimqulu Fəraqi isə təkcə Türkmənistanda deyil, bütün Türk dünyasında böyük şöhrət qazanıb.

Bildirilib ki, Seyid Əzim Şirvani klassik qəzəl məktəbinin qüdrətli nümayəndəsi olmaqla yanaşı, XIX əsrdə Azərbaycanda maarifçi düşüncənin inkişafına mühüm töhfələr verib. O, eyni zamanda Azərbaycan şairlərinin tərcümeyi-halını və əsərlərindən nümunələri kitab (“Təzkirə”) şəklində nəşr etdirib.

Çıxışlardan sonra Azərbaycan və türkmən qiraətçiləri hər iki şairin şeirlərini səsləndiriblər.

Milli muğam üçlüyünün müşaiyəti ilə S.Ə.Şirvani və D.Azadinin qəzəlləri əsasında muğam və təsniflər ifa olunub.




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30