FACT-INFO.AZ » SİYASƏT » Enerji siyasətindən geosiyasi gücə uzanan strategiya
6-06-2026, 17:00 | SİYASƏT
Enerji siyasətindən geosiyasi gücə uzanan strategiya

Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin açılış mərasimində səsləndirdiyi fikirlər yalnız enerji sektoruna dair hesabat xarakteri daşımırdı. Bu çıxış, əslində, Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun, formalaşdırdığı enerji diplomatiyasının və dəyişən qlobal geosiyasi reallıqlarda tutduğu mövqenin siyasi təqdimatı idi. Dövlət başçısı çıxışında xüsusi olaraq vurğuladı ki, “Caspian Oil and Gas” sərgisi Azərbaycanın müasir enerji tarixinin başlanğıc nöqtələrindən biri olub.

Həqiqətən də, 1990-cı illərin mürəkkəb siyasi və iqtisadi fonunda enerji sektoru Azərbaycan üçün sadəcə iqtisadi seçim deyil, dövlət müstəqilliyinin qorunması vasitəsinə çevrilmişdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həmin dövrdə ölkə ağır sosial-iqtisadi böhran, enerji asılılığı, yüksək yoxsulluq və işğal problemi ilə üz-üzə idi. Bu kontekstdə Prezidentin çıxışının əsas mesajlarından biri təbii sərvətlərə münasibət məsələsi oldu. Ölkə başçısı açıq şəkildə bildirdi ki, neft və qaz ehtiyatlarına malik ölkələr günahlandırılmamalı, əksinə, onların həmin resurslardan necə istifadə etdiklərinə diqqət yetirilməlidir. Bu yanaşma son illərdə dünya siyasətində enerji keçidi və karbon gündəliyi ətrafında gedən mübahisələrə verilmiş praktik cavab kimi də qiymətləndirilə bilər.

İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın enerji siyasəti ilə bağlı səsləndirdiyi fikirlərə xüsusi yer verməsi də diqqət çəkən məqamlardan idi. Prezidentin fikrincə, son dövrlər enerji sektorunda müşahidə olunan daha praqmatik yanaşma dünya iqtisadiyyatının real ehtiyaclarını nəzərə alır. Bu yanaşma Azərbaycanın uzun illər müdafiə etdiyi “enerji təhlükəsizliyi və yaşıl transformasiya paralel inkişaf etməlidir” tezisi ilə üst-üstə düşür.
Prezident İlham Əliyevin çıxışının mühüm hissəsi Azərbaycanın enerji təhlükəsizliyində artan roluna həsr olunmuşdu. Ölkə başçısı Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının artıq 16-ya çatdığını, onların 10-u Avropa İttifaqı üzvü olduğunu vurğuladı. Bu rəqəm təkcə iqtisadi göstərici deyil, həm də Azərbaycanın Avrasiyanın enerji xəritəsində strateji aktora çevrilməsinin göstəricisidir. Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan kimi layihələr artıq yalnız boru xətti infrastrukturu hesab olunmur. Bunlar regional əməkdaşlıq, siyasi koordinasiya və enerji diplomatiyasının konkret nəticələridir. Prezidentin “Azərbaycan aparıcı qüvvə olub” fikri də, məhz bu geosiyasi reallığa işarə edir. Eyni zamanda, çıxışın diqqətçəkən tərəflərindən biri bərpaolunan enerji ilə bağlı açıqlamalar idi. Ölkə başçısı 2032-ci ilədək ölkənin yaşıl enerji gücünün 8 giqavata çatdırılmasının planlaşdırıldığını bildirdi. Qarabağ və Şərqi Zəngəzurun hidroenerji potensialının xüsusi vurğulanması isə postmünaqişə dövründə həmin bölgələrin iqtisadi reinteqrasiyası baxımından mühüm siqnal sayıla bilər. Burada maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan enerji siyasətini artıq yalnız neft-qaz ixracı üzərində qurmur. Elektrik kabel layihələri, Qara dəniz enerji marşrutu, Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı göstərir ki, Bakı özünü gələcəyin enerji tranzit və istehsal mərkəzlərindən biri kimi mövqeləndirməyə çalışır.
Prezident İlham Əliyevin çıxışında nəqliyyat dəhlizlərinə və Zəngəzur dəhlizinə toxunması da təsadüfi deyildi. Bu, enerji, logistika və geosiyasi əlaqələrin artıq vahid strateji konsepsiya daxilində nəzərdən keçirildiyini göstərir. Prezidentin “Bakı Enerji Həftəsi”ndə səsləndirdiyi mesajlar onu deməyə əsas verir ki, Azərbaycan artıq yalnız enerji resurslarını ixrac edən ölkə deyil, regional gündəliyi formalaşdıran, qlobal enerji təhlükəsizliyinə təsir göstərən və öz milli maraqlarını beynəlxalq müstəvidə qətiyyətlə müdafiə edən mühüm siyasi güc mərkəzinə çevrilib.

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı




Baxış sayı: 205
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30