Ankara Vaşinqton və Tehran arasında aparılan danışıqlarda əldə olunan irəliləyişi müsbət qiymətləndirir və prosesin konkret nəticələrlə yekunlaşacağına ümid edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə Banqladeşdə keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, İran və ABŞ arasında mümkün qarşıdurma təkcə regiona deyil, bütün dünyaya mənfi təsir göstərə bilər. O qeyd edib ki, Hörmüz boğazında gəmiçiliyin tam bərpası və sabitliyin təmin olunması qlobal iqtisadiyyat, enerji təhlükəsizliyi və beynəlxalq ticarət baxımından mühüm əhəmiyyət daşıyır.
Hakan Fidan Türkiyənin Körfəz bölgəsində vəziyyətin nizamlanmasına dəstək məqsədilə diplomatik səylərini artırdığını, həmçinin region ölkələri ilə fəal məsləhətləşmələr apardığını vurğulayıb.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
