FACT-INFO.AZ » İQTİSADİYYAT » Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib
4-06-2026, 17:00 | İQTİSADİYYAT
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda aparılan tədqiqatlar nəticəsində əmək bazarının İKT profilli mütəxəssislərə tələbi öyrənilib, ali təhsil proqramlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

İnstitutdan Fact-info.az-a bildirilib ki, aparılan təhlillər əsasında son illərdə bir sıra ixtisaslar yenilənib, proqram mühəndisliyi, kompüter mühəndisliyi, data analitikası, kibertəhlükəsizlik və digər yeni ixtisaslar tədris proqramlarına daxil edilib. Mütəxəssislərin fikrincə, rəqəmsallaşmanın sürətlənməsi bəzi ənənəvi ixtisasların aktuallığını azaltmaqla yanaşı, yeni peşələrin yaranmasına səbəb olur. Bu isə innovativ düşüncəli və yüksəkixtisaslı kadrların hazırlanmasını zəruri edir. Buna görə də ali təhsil proqramlarının məzmunu mütəmadi yenilənməli, beynəlxalq təcrübə və əmək bazarının tələbləri nəzərə alınmalıdır.

Tədqiqatçılar qeyd edirlər ki, rəqəmsal transformasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində qarşıya qoyulan strateji hədəflərin icrası İKT üzrə peşəkar kadr hazırlığından birbaşa asılıdır. Bu baxımdan əmək bazarının mütəmadi monitorinqi və təhlili mühüm əhəmiyyət daşıyır.

Rəqəmsallaşma bütün sahələri əhatə etdiyindən səhiyyədə də yeni ixtisaslara ehtiyac yaranıb. Xüsusilə rəqəmsal tibb və elektron səhiyyə sistemlərinin inkişafı tibbi informatika üzrə mütəxəssislərə tələbatı artırıb. Eyni zamanda, İKT və süni intellekt texnologiyalarının geniş tətbiqi kibercinayətkarlıq risklərini artırdığından informasiya hüququ, rəqəmsal kriminalistika və kibertəhlükəsizlik kimi ixtisaslar daha da aktuallaşır.

Mütəxəssislər hesab edirlər ki, rəqəmsal bacarıqların inkişafı üçün fasiləsiz təhsil, ixtisasartırma və yenidən hazırlıq proqramlarının genişləndirilməsi vacibdir. Onların sözlərinə görə, dövlət səviyyəsində həyata keçirilən təşəbbüslər, o cümlədən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” ölkədə kadr potensialının gücləndirilməsinə mühüm töhfə verir.




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30