Vətən anlayışı bizim üçün hər zaman müqəddəs olub və dərin məna kəsb edir. Heç şübhəsiz, Allah qatında ən üstün seçilmişlər – şəhidlər müjdələnib. Həm də şəhidlik elə bir məktəbdir ki, mərdliyi, cəsurluğu, qorxmazlığı, igidliyi, məqamı çatdıqda Vətənin müdafiəsi uğrunda canından keçməyin nə olduğunu insanlığa, bütün bəşəriyyətə təqdim edə bilir.
Şəhidlər ölmür – Allah-Təalanın Qurani-Kərimdə buyurduğu kimi... şəhidlik ən ali məqamdır. Belə ali məqama yetişənlərdən biri Mübariz Kamilov oldu.
Kamilov Mübariz İbadət oğlu 1987-ci ilin may ayının 29-da Xəzər rayonunun Qala qəsəbəsində doğulub. 185 saylı məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Naxçıvanda həqiqi hərbi xidmətdə olub. Məsuliyyətli, peşəkar hərbçi olan Kamilov Mübariz hər zaman hərbi hissə komandirlərinin, hərbi xidmət yoldaşlarının rəğbətini qazanıb. Qüsursuz xidmət keçən Mübariz hərbi tapşırıqları yerinə yetirən zaman düşmənin basdırdığı tank əleyhinə minaya düşərək şəhid olub. 2007-ci ildə doğulub boya başa çatdığı Qala qəsəbəsində dəfn olunub. Mübariz Kamilov Vətənə, torpağa bağlı hərbçi, millətini sevən insan olaraq, hər zaman onu tanıyanların qəlbində yaşayacaq.
Kamilov Mübariz hərbi xidməti başa vurmağına sayılı günlər qalan zaman Şəhidlik zirvəsinə yüksəlib. Məkanı cənnət olsun. O, Azərbaycanın tarixində, taleyində şərəfli yer tutan qəhrəman olaraq hər zaman rəhmətlə, ehtiramla anılacaq.
Qəddar düşmən üzərində qazandığımız tarixi Zəfərə, son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq!
Şəhid Kamilov Mübariz İbadət oğluna həsr olunan sənədli filmi təqdim edirik.
Fact-info.az
Baxış sayı: 415
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
