Almaniyanın “Teltower Stadtblatt” və “Düsseldorfer Blatt” qəzetlərində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın Berlindəki səfirliyinin təşkil etdiyi qəbul, Almaniyanın ictimai-siyasi, mədəni, iqtisadi və idman dairələrinin çoxsaylı nümayəndələrinin bu tədbirdə iştirak etməsi barədə məlumatlar yayılıb.
Məlumatlarda Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və gördüyü işlər barədə fikirləri yer alıb.
Vurğulanıb ki, Azərbaycan bu gün Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır və xüsusilə Almaniya ilə sıx münasibətlərə malikdir. 2001-ci ildən Avropa Şurasının üzvü olan ölkə bu günlərdə İslam Həmrəyliyi Oyunlarını keçirib.
Məlumatlarda Azərbaycan səfirinin ölkəmizin ərazisinin bir hissəsinin işğal edilməsi barədə fikirləri də əks olunub. Bildirilib ki, BMT və Avropa Şurası işğal faktını dəfələrlə kəskin şəkildə pisləyib və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllinə çalışır.(Azərtac)
Baxış sayı: 1 657
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

