FACT-INFO.AZ » SİYASƏT » Kənd təsərrüfatında yeni mərhələnin konturları
27-05-2026, 17:30 | SİYASƏT
Kənd təsərrüfatında yeni mərhələnin konturları

Kənd təsərrüfatı müasir dünyamızda artıq yalnız iqtisadi fəaliyyət sahəsi deyil, dövlətlərin strateji təhlükəsizlik məsələsinə çevrilib. Qlobal miqyasda müharibələr, iqlim dəyişiklikləri, enerji böhranı və təchizat zəncirlərində yaşanan problemlər ərzaq təhlükəsizliyinin əhəmiyyətini daha da artırıb.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də göstərir ki, Azərbaycanda aqrar sektor məhz bu prizmadan qiymətləndirilir. Cənab prezident çıxışında vurğuladı ki, kənd təsərrüfatının inkişafı uzun illərdir dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hələ 2004-cü ildən başlanan regional inkişaf proqramları nəticəsində bölgələrdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirildi, qazlaşdırma, elektrik təchizatı, yol və su infrastrukturu yeniləndi. Bu dəyişikliklər yalnız regionların simasını dəyişmədi, eyni zamanda kənd təsərrüfatının inkişafı üçün möhkəm baza yaratdı.

Bildiyimiz kimi, son illərdə aqrar sahədə mühüm nəticələr əldə olunub. Pambıqçılıq, baramaçılıq, fındıqçılıq, üzümçülük və digər ənənəvi sahələrə verilən dövlət dəstəyi istehsalın artmasına səbəb olub. Vaxtilə tənəzzül yaşayan pambıqçılıqda məhsuldarlığın yüksəlməsi, baramaçılığın yenidən canlanması aparılan siyasətin praktik nəticəsi kimi qiymətləndirilə bilər. Subsidiyalar, güzəştli kreditlər, aqroparkların yaradılması, texnika və gübrə təminatı bu inkişafın mühüm komponentləri sırasındadır. Bununla yanaşı, Prezident İlham Əliyev kənd təsərrüfatında mövcud problemləri də açıq şəkildə diqqətə çatdırdı. Xüsusilə bəzi məhsullar üzrə özünütəminetmə göstəricilərinin qənaətbəxş olmaması yeni yanaşmaların vacibliyini ortaya qoyur. Buğda istehsalında ölkənin hələ də idxaldan asılı olması, bitki yağları, ət və süd məhsulları üzrə mövcud göstəricilər aqrar sahədə əlavə potensialın olduğunu göstərir. Məhz bu reallıqlar fonunda 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə verilən önəm idi. Torpaq analizlərinin aparılması, elektron xəritələşdirmə, peyk imkanları və süni intellekt texnologiyalarından istifadə artıq gələcəyin deyil, bugünkü aqrar idarəetmənin tələbi kimi təqdim olunur.

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi ən diqqətçəkən fikirlərdən biri isə, kənddən şəhərə miqrasiyanın qarşısının alınması ilə bağlı oldu. Dövlət başçısının ifadə etdiyi kimi, məqsəd kəndlərdən şəhərlərə axını sürətləndirmək deyil, əksinə, şəhərlərdən kəndlərə qayıdış üçün şərait yaratmaqdır. Bu yanaşma aqrar siyasətin yalnız iqtisadi deyil, həm də sosial mahiyyət daşıdığını göstərir. Kənd yerlərində məşğulluğun artırılması, xidmət sektorunun inkişafı, təhsil və səhiyyə infrastrukturunun gücləndirilməsi bu strategiyanın mühüm hissəsidir. Su təminatı, müasir suvarma sistemləri, soyuducu anbarların genişləndirilməsi, intensiv bağçılıq və istixana komplekslərinin artırılması da qarşıdakı dövrün prioritet istiqamətləri sırasında yer alır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatı siyasəti yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin müşavirədə ortaya qoyduğu yanaşma bir daha təsdiqləyir, onu deməyə əsas verir ki, kənd təsərrüfatının inkişafı yalnız ərzaq təminatı məsələsi deyil. Bu, regionların inkişafı, investisiya imkanlarının genişlənməsi, kənd həyatının canlandırılması və milli iqtisadi dayanıqlığın möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan istiqamətdir.

Cavanşir Feyziyev

Cavanşir Feyziyev, Milli Məclisin deputatı




Baxış sayı: 145
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30