“İşdən sonrakı istirahət insanı bərpa etmirsə, bu, tükənmişlik sindromunun əsas əlamətlərindən biri ola bilər”.
Fact-info.az Medianews.az-a istinadən xəbər verir ki, bunu psixoterapevt Anton Qrebenyukov deyib.
Onun sözlərinə görə, adi yorğunluq zamanı istirahət və həftəsonu insanın enerjisini bərpa edir. Lakin tükənmişlik halında insan uzun müddət özünü həddindən artıq yüklədiyi üçün qısa fasilələr kifayət etmir.
Həkim qeyd edib ki, əgər həftəsonundan sonra da yorğunluq və emosional gərginlik qalırsa, problemi daha dərindən araşdırmaq lazımdır. O, vəziyyətin xroniki xarakter alıb-almadığını izləməyi və lazım gələrsə mütəxəssisə müraciət etməyi tövsiyə edib.
Qrebenyukov xəbərdarlıq edib ki, vaxtında müdaxilə olunmazsa, tükənmişlik sonradan depressiyaya çevrilə bilər.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
