Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Rüstəmov Vilayət Məhəmməd oğlu və Həsənov Nurlan Nadir oğlunun əziz xatirələrinə həsr olunmuş anım tədbirləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Fact-info.az-a bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə nazirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirlərin iştirakçılarına şəhidlərimizin nümunəvi xidmətləri və döyüş yolları haqqında ətraflı məlumat verilib.
Anım mərasimlərində çıxış edənlər şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətlərindən söz açıblar.
Sonda şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirələrinin daim uca tutulduğuna görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
