FACT-INFO.AZ » AKTUAL » Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Cümhuriyyət dövrü şərəfli tariximizdir”
24-05-2026, 12:00 | AKTUAL
Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Cümhuriyyət dövrü şərəfli tariximizdir”

Azərbaycan Xalq Cümhuriyyətində  təmsil olunan fədakar insanlar mümkün olmayanı mümkünə çeviriblər. Azərbaycan  müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub.

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-cı ildönümü tamam olur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Cümhuriyyət müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoymuşdu. 28 May –Müstəqillik Günü xalqımız üçün ən dəyərli və müqəddəs bayramlardan biridir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi qürur hissi ilə qeyd edir. 

44 günlük Vətən müharibəsinin iştirakçısı,  tanınmış cərrah Anar Yusibov bu şərəfli tariximizə nəzər salır:

 “Mən orta və ali məktəbdə təhsil aldığım dövrdə tariximizi oxuyub öyrənməyə çalışmışam.  Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixi ilə tanış olmuşam. Bu tarixi biz heç zaman unutmamalıyıq.  İlk Bəyannaməsini Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Tiflisdə élan edən bu, cümhuriyyət sonra Gəncəyə köçüb. Tarixdən məlumdur ki, bu insanlar çox ağır şəraitdə çalışıblar. Bakı işğalçılardan azad edildikdən sonra bütün hakimiyyət paytaxtda cəmləşib.  AXC-nin ömrü qısa  olsa da, çox fədakarlıqla çalışıblar. 23 ay ərzində bu insanlar əzmlə  çalışaraq Şərqdə ilk demokratik  dövlət qurublar. Bütün sahələrdə dövlət quruculuğu işləri aparılıb.  Amma işğalçı qüvvələr milli hakimiyyətin fəaliyyətini qəbul edə bilmədilər. Beləliklə, Xalq Cümhuriyyəti süqut edib. 

Amma  70 ildən sonra,  1991-ci ildə Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Bu gün biz Cümhuriyyət qurucularına borcluyuq.  Əgər o zaman  Xalq Cümhuriyyəti qurulmasaydı, bu gün Azərbaycan digər bir ölkənin vilayəti kimi qala bilərdi, müstəqil ola bilməzdi. Ona görə, biz fədakar, millətsevər   Cümhuriyyət qurucularını ehtiramla anırıq. Həmin liderlərin ideyaları gerçəkləşdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Biz  müstəqilliyimizin əbədi olduğunu dərk edirik. Azərbaycanın ərazi bütövlüyü  təmin edilib. Cümhuriyyət qurucuları məhz bunu arzulayırdılar. Torpaqlarımızın, Vətənimizin azadlığı uğrunda Şəhid olmuş bütün qəhrəmanlarımızı ehtiramla anırıq.

   Fact-info.az

 




Baxış sayı: 245
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30