FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Xaricdə Şuşaya həsr olunmuş kitabın təqdimatı keçirilib
23-05-2026, 09:30 | MƏDƏNİYYƏT
Xaricdə Şuşaya həsr olunmuş kitabın təqdimatı keçirilib

İraqlı professor Mutəz Muhy Əbdülhəmidin bu yaxınlarda ikinci nəşri işıq üzü görən “Şuşa – Azərbaycanın incisi” adlı kitabı İraqda səyahət ədəbiyyatı üzrə Naci Cavad əl-Saati mükafatına layiq görülüb. Mükafatın təqdimat mərasimi Bağdad Mədəniyyət Mərkəzində keçirilib.

Tədbirdə İraqın tanınmış alimləri, ədəbiyyat tənqidçiləri, eləcə də Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə iştirak edib.

Mutəz Muhy Əbdülhəmid çıxışında kitabı haqqında qısa məlumat verib. Qeyd edib ki, Şuşa təkcə turistik məkan deyil, həm də tarix, mədəniyyət və qədim yaddaşın qovuşduğu mühüm bir mərkəzdir. Şəhər əsrlər boyu Qafqazın ədəbi, musiqi və memarlıq həyatında xüsusi yer tutub. Onun haqqında yazmaq gözəlliklə faciənin, keçmişlə bu günün arasında uzanan mürəkkəb bir tarixi xəttə toxunmaq deməkdir.

Müəllif əlavə edib ki, “Şuşa – Azərbaycanın incisi” adlı kitabda şəhərin zəngin tarixini, qədim şöhrətini və mədəni irsini geniş şəkildə təsvir edib. Əsərdə qeyd olunur ki, Şuşa bir zamanlar gözəllik və sənət aşiqlərinin üz tutduğu məkan olub. Təbiətinin ecazkarlığı, memarlıq zənginliyi və poetik mühiti şəhəri regionun ən seçilən mədəniyyət ocaqlarından birinə çevirib.

Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə Şuşa şəhərinin tarixi haqqında məlumat verib. Diplomat bildirib ki, Şuşa 2024-cü İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.

Diplomat Şuşanın Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin vətəni olduğunu xatırladaraq şəhərin təkcə ölkə daxilində deyil, bütün Qafqaz regionunda mühüm mədəniyyət mərkəzi kimi tanındığını bildirib.

Çıxışda işğal dövründə Şuşanın tarixi və dini abidələrinin ciddi dağıntılara məruz qaldığı diqqətə çatdırılıb. Bildirilib ki, hazırda şəhərin tarixi simasının bərpası istiqamətində genişmiqyaslı işlər aparılır, bir sıra məscidlər artıq bərpa olunub, digər abidələrdə isə restavrasiya işləri davam etdirilir.

Müvəqqəti işlər vəkili vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, Şuşa öz Azərbaycan ruhunu qoruyub saxlayıb. O qeyd edib ki, şəhərin azad olunması ölkənin müasir tarixinin ən parlaq səhifələrindən biridir. “Bu gün Şuşa yalnız mədəniyyət mərkəzi deyil, həm də qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir”, – deyə diplomat əlavə edib.

İraqlı ədəbiyyatşünas professor Rza Kamil əl-Musəvi çıxışında adı çəkilən kitabın əsas xüsusiyyətləri barədə danışıb. Qeyd olunub ki, kitabın əsas bədii xüsusiyyətlərindən biri Şuşanın əsərin əsas qəhrəmanına çevrilməsidir. Şəhər mətn boyunca hiss edən, yaralanan, yaddaşını itirib yenidən qazanan canlı varlıq kimi təqdim olunur. Müəllif bununla böyük şəhərlərin müharibələrlə yox olmayaraq yaddaşda, musiqidə və mədəniyyətdə yaşadığını və sonradan dirçəldiyini göstərməyə çalışır.

Alim diqqətə çatdırıb ki, əsərdə Şuşanın memarlıq irsinə də xüsusi yer ayrılıb. Qədim bazarlar, daş tağlar, hamamlar, məscidlər və qala divarları sadəcə memarlıq nümunələri deyil, şəhərin mədəni kimliyini əks etdirən canlı simvollar kimi təqdim edilir.

Tədbirdə çıxışlarda, həmçinin qeyd olunub ki, müəllif bədii təsvirlə analizi bir araya gətirərək həm şəxsi müşahidələrini, həm də xalqımızın kollektiv yaddaşını oxucuya çatdırır. Əsər yalnız səyahət qeydləri deyil, həm də daşlarında və küçələrində tarixin izlərini daşıyan bir şəhərin hekayəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, iraqlı səyahətçi, yazıçı və hüquqşünas Naci Cavad əl-Saati İrsinin Qorunması Komitəsi tərəfindən mükafata layiq görülən kitab "Şuşa İli" ilə bağlı tədbirlər planı çərçivəsində Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi ilə nəşr edilib.

Kitab “Qarabağ xanlığının paytaxtı Şuşa” və “Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı iki fəsildən ibarətdir. Kitabın giriş hissəsində 44 günlük Vətən müharibəsi haqqında ümumi məlumatlar verən müəllif bu müharibənin baş verməsinin tarixi və siyasi səbəblərinə toxunub, həmçinin müharibə dövründə Azərbaycan Prezidentinin çıxış və müsahibələrindən sitatlar gətirməklə bir sıra məqamlara aydınlıq gətirib. Bu hissədə BMT-nin dörd məlum qətnaməsi, müxtəlif beynəlxalq təşkilatların bəyanatları haqqında məlumatlar da qeyd edilib.





Baxış sayı: 150
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30