FACT-INFO.AZ » MEDİA » Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb
23-05-2026, 09:00 | MEDİA / SİYASƏT
Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb

Azərbaycan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi mötəbər tədbiri ən yüksək səviyyədə təşkil etməklə, növbəti dəfə mühüm beynəlxalq sınağın öhdəsindən uğurla gəldi. Bu mötəbər tədbirin uğurla reallaşdırılması ölkəmizin təkcə yüksək təşkilatçılıq bacarığını deyil, həm də qlobal şəhərsalma çağırışlarına, sosial məskunlaşma və urbanizasiya problemlərinə yaradıcı yanaşmasını bütün dünyaya nümayiş etdirdi. Forumun davam etdiyi altı gün ərzində Azərbaycanın elmi-texnoloji yeniliklərə əsaslanan təcrübəsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl zona” layihələri beynəlxalq birliyin xüsusi rəğbətini qazandı.

Forum işini başa çatdırsa da, onun qlobal miqyaslı əks-sədası hələ də davam etməkdədir. Dünyanın aparıcı media resursları Prezident İlham Əliyevin açılış mərasimindəki konseptual çıxışını, ölkəmizin foruma nümunəvi ev sahibliyini və şəhərsalma sahəsindəki nailiyyətlərini geniş işıqlandıraraq silsilə materiallar yayımlayıb. Beynəlxalq mətbuat WUF13-ü qlobal şəhərsalma gündəmini müəyyən edən ən mühüm intellektual və siyasi platforma, müasir urbanizasiya böhranlarına qarşı “Bakı Çağırışı”nın səsləndiyi strateji məkan kimi xarakterizə edib. Forumda müzakirə olunan iqlim dözümlülüyü, mənzil əlçatanlığı və rəqəmsal transformasiya kimi mövzular bəşəriyyətin gələcək taleyini həll edən aktual məsələlər kimi dünyanın aparıcı xəbər agentliklərinin manşetinə çevrilib. Səsləndirilən innovativ həllər bir daha təsdiqlədi ki, Azərbaycan qlobal problemlərin həllində təkcə ev sahibi deyil, həm də mühüm ideya və strategiya ixracatçısıdır.

WUF13 ilk gündən etibarən Türkiyə mediası tərəfindən böyük maraqla qarşılanıb. Qardaş ölkənin “Anadolu Ajansı”, “Haber Global”, “TRT Haber”, “CNN Türk”, “Yeni Şafak”, “Milliyet”, “Türkiye Gazetesi”, “Akşam”, “Star” və “İhlas Haber Ajansı” kimi mötəbər media qurumları WUF13-ü region və dünya üçün mühüm platforma kimi təqdim edib. Materiallarda Bakının urbanizasiya, “ağıllı şəhər”, yaşıl enerji, dayanıqlı nəqliyyat və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq müzakirələrin mərkəzinə çevrildiyi vurğulanıb. Türkiyə mediası Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində peşəkarlığını və yüksək logistika imkanlarını da xüsusi qeyd edib.

İranın IRNA, ISNA, “Mehr News”, “Tasnim”, “Fars News”, ILNA, YJC və “Bultan News” kimi aparıcı media orqanları da Bakıdakı forumu inkişaf etməkdə olan ölkələrin şəhərsalma problemlərinin beynəlxalq səviyyədə müzakirəsi üçün mühüm imkan kimi dəyərləndirib. İran nəşrlərində Bakı forumunun regional əməkdaşlıq, davamlı şəhər inkişafı və ekoloji yanaşmalar baxımından əhəmiyyətinə diqqət çəkilib. Məqalələrdə Azərbaycanın “Yaşıl şəhər” konsepsiyası və müasir urbanizasiya təcrübələrinin forumun əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

Pakistan mediası da Foruma ilk gündən geniş yer ayırıb. Dost ölkənin APP Agentliyi, “Radio Pakistan”, DND, “The News”, “Nation” və “Tribune” nəşrləri forumu urbanizasiya çağırışları və beynəlxalq tərəfdaşlıq baxımından mühüm platforma kimi təqdim edib. Materiallarda Pakistan nümayəndə heyətinin Bakıda şəhər inkişafı strategiyalarını və urbanizasiya layihələrini təqdim etdiyi bildirilib.

Rusiyanın TASS, “RİA Novosti”, “İnterfaks” agentlikləri, “Rossiyskaya Gazeta” və “Vestnik Kavkaza” nəşrləri də Bakının beynəlxalq urbanizasiya gündəliyində artan rolunu ön plana çıxarıb. Eyni zamanda vurğulanıb ki, 2024-cü ilin noyabrında COP29-dan sonra indi WUF13-ü keçirməklə Azərbaycan qlobal beynəlxalq tədbirdə ev sahibliyi etmək qabiliyyətini bir daha nümayiş etdirdi. Xəbərlərdə WUF13-ün nəticələrinin yaxın gələcəkdə beynəlxalq şəhər idarəçiliyi standartlarını yenidən formalaşdıracağı bildirilib.

Hindistanın “The Hindu”, “Times of India”, “Hindustan Times” nəşrləri və ANI Agentliyi WUF13-ü qlobal şəhər inkişafı siyasətinin əsas beynəlxalq platformalarından biri kimi qiymətləndirib. Hindistan mediasında Azərbaycanın tədbiri yüksək səviyyədə təşkil etdiyi, Bakının isə urbanizasiya sahəsində beynəlxalq əməkdaşlığın vacib mərkəzinə çevrildiyi vurğulanıb.

Qazaxıstanın “Kazinform” Agentliyi, “Kazpravda”, “24.kz” və “Egemen Qazaqstan” nəşrləri WUF13-ü Mərkəzi Asiya regionu üçün vacib əməkdaşlıq və təcrübə platforması kimi xarakterizə edib.

Özbəkistanın UZA Agentliyi, “Kun.uz”, “Gazeta.uz” və “Yuz.uz” nəşrləri də Bakıda keçirilən forumun şəhərlərin dayanıqlı inkişafı və innovativ urbanizasiya modellərinin müzakirəsində mühüm rol oynadığını yazıblar.

Gürcüstanın “Interpressnews”, “1TV” və “BM.ge” nəşrləri forumu region ölkələri üçün vacib beynəlxalq platforma kimi qiymətləndiriblər.

Ukraynanın “Ukrinform”, “RBC-Ukrayna” və “İnterfaks-Ukrayna” agentlikləri forum çərçivəsində şəhərlərin bərpası, dayanıqlı infrastruktur və rəqəmsal urbanizasiya məsələlərinə diqqət çəkib.

Misirin “Əl-Əhram”, “Youm7” və “Al Masry Al Youm” nəşrlərində isə forumun Yaxın Şərq və Afrika regionu üçün əhəmiyyəti vurğulanıb.

Birləşmiş Ərəb Əmirliklərinin WAM Agentliyi, “Al İttihad” və “Emarat Al Youm” qəzetləri, həmçinin Səudiyyə Ərəbistanının SPA Agentliyi, “Ər-Riyad” və “Okaz” nəşrləri Bakının qlobal şəhərsalma gündəliyinin əsas müzakirə məkanlarından birinə çevrildiyini qeyd edib.

Çinin “Sinxua”, İndoneziyanın “Antara”, Malayziyanın “Bernama”, Vyetnamın VNA, ABŞ-nin “Associated Press”, Fransanın AFP, Almaniyanın DPA, İtaliyanın ANSA, İspaniyanın EFE agentlikləri, Böyük Britaniyanın BBC platforması, eləcə də Tacikistanın “Xovar”, Qırğızıstanın “Kabar”, Macarıstanın MTI və Bolqarıstanın BTA agentlikləri də WUF13 barədə geniş materiallar yayımlayıblar.

Beləliklə, beynəlxalq mediada yayımlanan materiallar WUF13-ün müasir urbanizasiya tarixində həlledici dönüş nöqtəsi olduğu vurğulanıb. Dünya mətbuatı Forumun ilk günündən sonunadək Azərbaycanın yaşıl inkişaf, "ağıllı" şəhərlər və inklüziv mənzil siyasəti üzrə təqdim etdiyi innovativ həlləri qlobal gündəmin əsas prioriteti kimi diqqət mərkəzində saxlayıb. Bu informasiyalar, dünya mediasının bu marağı göstərir ki, Bakı platforması iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrin maraqlarını birləşdirən nadir dialoq mərkəzinə çevrildi, Azərbaycan isə gələcəyin dayanıqlı şəhər modellərini formalaşdıran strateji güc mərkəzi statusunu bir daha təsdiq etdi.




Baxış sayı: 125
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30