FACT-INFO.AZ » XƏBƏR » WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib
22-05-2026, 19:00 | XƏBƏR
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimi keçirilib.

Əvvəlcə WUF13-ün bağlanışına həsr olunan videoçarxı nümayiş etdirilib və mədəni proqram təqdim olunub.

Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina Muhammed Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyində göstərdikləri qonaqpərvərliyə və liderliyə görə Azərbaycan Hökumətinə, xalqına ən dərin minnətdarlığını bildirərək deyib: "Azərbaycan 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edərək, yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaları inkişaf etdirərək, həmçinin çoxəsrlik ənənələrə hörmətlə yanaşaraq, urbanizmi qlobal müstəviyə qaldırıb".

WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün təcrübəsini WUF14-ə hazırlıq prosesində bölüşməyə hazır olduqlarını qeyd edib. "WUF14-ə gedən yolda şəhərsalma gündəliyini irəli aparmaq və mənzil problemlərini işıqlandırmaq üçün əlimizdə daha bir mühüm platforma olacaq. Bu da Türkiyədə keçiriləcək olan COP31-dir", - deyə milli koordinator əlavə edib.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün rekord sayda iştirakçını bir araya gətirdiyini və güclü, vahid bir mesaj verdiyini qeyd edib. "Biz mənzil təminatının gələcəyi üçün həlledici bir məqamdayıq. Artıq hərəkət vaxtıdır. Dünya cüzi tərəqqidən sistemli transformasiyaya doğru addımlamalıdır.

Bakıda verilən mesaj aydındır. Növbəti onillik sürətləndirilmiş icra, genişmiqyaslı fəaliyyət və insanların həyatında ölçüləbilən müsbət təsirlərlə xarakterizə olunmalıdır",- deyə A.Rossbax vurğulayıb.

Qambiyanın Banjul şəhərinin meri və “REFELA” Africa şirkətinin prezidenti Rohey Malick Lowe deyib: “Bakıdan açıq şəkildə bəyan edirik ki, mənzil təminatı insan hüququdur. Bu, demokratik bir vəzifədir. Universal, əlçatan və ədalətli ictimai xidmətlər olmadan ləyaqətli mənzil şəraiti mövcud ola bilməz. Yerli və regional hakimiyyətlərin hər gün daşıdıqları nəhəng məsuliyyətə uyğun gücə, maliyyəyə və siyasi tanınmaya ehtiyacı var”.

Argentinanın Kordoba Milli Universitetinin professoru, Latın Amerikası Qadınlar və Mənzil Şəbəkəsinin həmtəsisçisi Ana Falu qadınların siyasət subyekti kimi nəzərə alınmamasının bərabərsizliyi daha da pisləşdirdiyini qeyd edərək deyib: "Bu, xüsusilə qadınlara və onlardan asılı olanların həyatına təsir edən gərginliklər və ziddiyyətlər dünyasıdır. Buna görə də bu siyasəti təşviq etmək, dünyanın genişlənməsini nəzərə alaraq hərtərəfli bir sistem qurmaq lazımdır".

UN-Habitat Gənclər Məsləhət Şurasının üzvü Jonathan Oriki Some bildirib ki, "Bakı Fəaliyyətə Çağırış” sənədi ehtiyac duyduğumuz transformativ dəyişikliyə yol göstərə biləcək praktik, əlçatan və aydın bir yol xəritəsi təqdim edir. Bu, bizə xatırladır ki, fəaliyyətsiz baxışlar nə ev, nə şəhər, nə də gələcək qura bilər.

“LUMANTI” Sığınacaq Dəstək Qrupunun və Asiya Mənzil Hüquqları Koalisiyasının icraçı direktoru Lajana Manandhar Azərbaycan Hökumətinə və xalqına göstərdiyi sevgi, qayğı və çox səmimi qonaqpərvərliyə görə təşəkkür edərək WUF13 çərçivəsində dünyanın gözəl şəhərlərindən biri olan Bakıda dünyanı təhlükəsiz və dözümlü şəhərlər, icmalarla təmin etmək mövzusunun müzakirə edildiyini vurğulayıb.

ADA Universitetinin dosenti Anar Vəliyev mənzil təminatı ilə bağlı qlobal çağırışın miqyasının qətiyyətli, birgə və təxirəsalınmaz cavab tədbirləri tələb etdiyini deyib. O, bu fəaliyyətə çağırışın mərkəzində mənzil təminatının yenidən prioritetləşdirilməsinin dayandığını qeyd edib.

Mexiko şəhərinin beynəlxalq əlaqələr üzrə baş koordinatoru Maria del Rosario Lombera Gonzalez şəhər hökuməti və Meksika nümayəndə heyəti adından, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını təşkil etdiklərinə görə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərini çatdırıraq, Bakının qonaqları böyük səxavət, istilik, əzəmət və heyranedici qətiyyətlə qarşıladığını bildirib.

Göstərilən səylərin xüsusi təşəkkürə layiq olduğunu vurğulayan baş koordinator bu işin asan olmadığını, lakin Azərbaycan Hökumətinin buna baxmayaraq onu nümunəvi şəkildə həyata keçirdiyini qeyd edib.

Daha sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun növbəti Sessiyasına (WUF13) sədrlik Azərbaycandan Meksikaya təhvil verilib.

Sonda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını bağlı elan edib.




Baxış sayı: 140
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30