Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Gilavar Foto Klubu” İctimai Birliyi vizual sənət sahəsində irimiqyaslı layihəyə imza atıb.
Sərgilərdən birincisi BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə “Azərbaycan Şəhərsalma Kampaniyası” çərçivəsində keçirilən “My Urban World” (Mənim Şəhər Dünyam) fotomüsabiqəsinin qaliblərinə həsr olunub. Bu sərgi ziyarətçilərə müasir şəhər həyatının dinamikasını və urbanizasiyanın müxtəlif çalarlarını fotoqrafların baxış bucağından izləmək imkanı yaradıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən digər iki ekspozisiya isə ölkəmizin postmünaqişə reallıqlarına həsr edilib. Bu sərgilərdən biri Azərbaycanda mina qurbanlarına, digəri isə urbisid və işğaldan azad edilmiş ərazilərdəki genişmiqyaslı yenidənqurma prosesinə aid olub.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
