FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır
22-05-2026, 08:00 | SİYASƏT
Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır

Mədəniyyətdən siyasətə, iqlimdən idmana qədər müxtəlif aktual mövzuların, ən mühüm məsələlərin qlobal səviyyədə müzakirə olunduğu nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan artıq beşinci gündür ki, yenidən dünya mediasının diqqət mərkəzindədir.

 Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın müxtəlif ölkələrinin nüfuzlu media qurumları tərəfindən işıqlandırılmaqdadır. Dünya mediası WUF13-ü müasir dünyanın ən aktual urbanizasiya çağırışlarının müzakirə olunduğu əsas platforma kimi geniş təbliğ edir. Xəbərlərdə Azərbaycan inklüziv şəhərsalma və yaşıl keçid ideyalarının qlobal mərkəzi kimi təqdim olunur. Argentinadan Çinə, Ukraynadan Mərakeşə qədər uzanan bu media marağı tədbirin təkcə regional səviyyədə deyil, sivilizasiyalararası miqyasda da mühüm əhəmiyyət daşıdığını etdiyini göstərir.

WUF13-ün geniş işıqlandırıldığı ölkələrdən biri də Argentinadır. Bu ölkənin aparıcı media qurumları – “Canal 26”, “Código Baires”, “El Sol Noticias”, “Mercado”, “Todo Salta”, “Hecho en Quilmes”, “Infocielo”, “Diario El Norte” və digərləri Sessiyada Argentina nümayəndə heyətinin Bakıdakı fəaliyyətinə geniş yer ayırıb. Xəbərlərdə Bakıdakı tədbirin iqlim dəyişikliyi ilə mübarizə və şəhər infrastrukturunun maliyyələşdirilməsi üçün önəmli qlobal platforma olduğu vurğulanıb. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə Argentinanın yerli idarəetmə orqanları üçün beynəlxalq əməkdaşlıq və investisiya imkanlarının təqdim olunduğu diqqətə çatdırılıb.

Meksika mediası – “Mundo Internacional”, “Acento Noticias” nəşrləri bu ölkənin Senatının Bakıdakı Sessiya ilə bağlı fotosərgi təşkil etməsini və Mexiko bələdiyyəsinin sədri Klara Bruqadanın tədbirdəki iştirakını diqqət mərkəzində saxlayıb. Yazılarda Bakının beynəlxalq şəhərsalma debatlarının mərkəzinə çevrildiyi, Azərbaycanın təşkilatçılığı ilə sosial ədalət və mənzil təminatı kimi mövzuların qlobal gündəmə gətirildiyi qeyd olunub.

Mərakeş Krallığında yayımlanan “InfoImmo” və “Yabiladi” portalları bu ölkənin pavilyonunun açılışına və ölkənin şəhərsalma təcrübəsini nümayiş etdirməsinə xüsusi yer ayırıb. Xəbərlərdə Sessiyanın Bakıda keçirilməsinin İslam dünyası və Afrika ölkələri üçün yeni əməkdaşlıq imkanları yaratdığı, Azərbaycanın qlobal urbanizasiya problemlərinin həllində mühüm vasitəçilik rolu oynadığı qeyd olunub.

Türkiyə mediası da Bakıdakı müzakirələri fəal işıqlandırmaqda davam edir. “Cumhuriyet” qəzetində, “Haber Global” və “TRT Avaz” televiziyalarında yayımlanan xəbərlərdə Bakı tədbiri “İnsanlığın yeni kənd axtarışı” və qlobal şəhərsalma çağırışlarına cavab olaraq təqdim edilib. İnformasiyalarda Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın şəhərsalma sahəsində də davam etdiyi, həmçinin Türk dünyasının bu qlobal platformada fəal təmsil olunduğu vurğulanıb. Bu media qurumları Bakı Sessiyasının dünya şəhərləri üçün yeni Yol xəritəsi müəyyənləşdirdiyini diqqətə çatdırıb.

Ukrayna mediası da Bakıdakı müzakirələri ilk gündən diqqət mərkəzində saxlayır. “Ukrinform”, “Kremenchuk TV”, “Novyny Poltavshchyny”, “Finteco”, “My Kyiv Region”, “Kremen Today” və digər media orqanları WUF13-də bu ölkənin milli pavilyonunun açılışını və “Ukrayna modeli”nin təqdimatını fəal şəkildə işıqlandırıb. Yayımlanan informasiyalarda Azərbaycanın bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyi qeyd olunub, Bakı Sessiyası müharibədən zərər çəkmiş şəhərlərin gələcək bərpası üçün təcrübə mübadiləsi mərkəzi kimi xarakterizə edilib.

İspaniyanın “Maspalomas Ahora” və “La Provincia” nəşrləri tədbirdə Kanar Adaları nümayəndələrinin təkliflərinə və mənzil siyasətinə diqqət çəkib. Xəbərlərdə WUF13-ün beynəlxalq hüquqi tənzimləmələrin müzakirəsi üçün əlverişli mühit yaratdığı və qlobal şəhərsalma problemlərinin həllində Bakının önəmli platforma olduğu bildirilib.

Polşanın “Portal Samorządowy” nəşri isə Katovitse şəhərinin və Qdansk Texnologiya Universitetinin Bakıdakı tədbirdə iştirakına yer ayırıb. Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycanın təşkil etdiyi bu Sessiya şəhərlərin rəhbərləri üçün bilik və əməkdaşlıq imkanları baxımından əvəzolunmaz imkandır. Eyni zamanda, bildirilib ki, Bakı Sessiyası “15 dəqiqəlik şəhər” kimi modern layihələrin qlobal səviyyəli müzakirə mərkəzinə çevrilib.

Bolqarıstanın Dövlət Teleqraf Agentliyi (BTA), “Pro News Dobrich” nəşri də yayımladıqları xəbərlərdə tədbirin həm regional, həm də beynəlxalq əhəmiyyətini xüsusi vurğulayıb. Məlumatlarda BMT rəsmilərinin Azərbaycanın təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirdikləri və WUF13-ün şəhər idarəçiliyi sahəsində ən uğurlu platformalardan biri olduğu qeyd edilib. Həmçinin digər ölkələrin pavilyonlarının Azərbaycan rəsmiləri tərəfindən ziyarət edilməsi diplomatik əlaqələrin güclənməsinin göstəricisi kimi dəyərləndirilib.

Çinin “China.com”, “Xinhua News”, “163.com” media qurumları da WUF13 barədə silsilə xəbərlər, reportajlar yayımlamaqdadır. WUF13-ün şəhərsalma sahəsində dünyanın ən nüfuzlu tədbiri olduğunu qeyd edən bu media orqanları paytaxt Bakının modern şəhər infrastrukturunu və ev sahibliyi potensialını yüksək qiymətləndirib. Çin nəşrləri tədbirin qlobal yaşıl keçid və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın təşkilatçılığı ilə mühüm dialoq mühiti yaratdığını qeyd edib.

Pakistan mediası Sessiyanı fəal şəkildə işıqlandırmaqda davam edir. Qardaş ölkənin “Digital Pakistan”, “Dispatch News Desk” (DND) media qurumları WUF13-də xüsusilə iqtisadi inkişaf və əlçatan mənzil təminatı kimi mühüm mövzularda aparılan müzakirələrə geniş yer ayırıb. Xəbərlərdə Azərbaycanın bu tədbir vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsinin dünyaya çatdırılmasına şərait yaratdığı bildirilib. Bakı platforması Cənubi Asiya ölkələri üçün innovativ şəhərsalma modellərini öyrənmək üçün ideal məkan kimi təsvir edilib.

Qazaxıstanın “Kazakhstan Today”, “Invest.gov.kz” və digər nəşrləri Bakıdakı tədbiri regionun şəhərsalma gələcəyi üçün həlledici mərkəz kimi qiymətləndirib. Xəbərlərdə Azərbaycan paytaxtının bu gün dünya miqyaslı dialoq mərkəzinə çevrildiyi, Sessiyanın şəhərlərin rəqəmsallaşması və müasir infrastruktur layihələri üçün mühüm təcrübə bazası rolunu oynadığı vurğulanıb.

Vyetnamın “VnEconomy” nəşri sürətli urbanizasiya prosesləri fonunda Azərbaycanın ev sahibliyi etdiyi bu platformanı yaşıl infrastruktur investisiyaları üçün həlledici çağırış məkanı kimi təqdim edib. Əfqanıstanın “Kabul Signal” media qurumu Bakı Sessiyasını iqlim diplomatiyası üçün nadir fürsət hesab edərək, müxtəlif regionların nümayəndələrin burada iştirakına xüsusi diqqət ayırıb. Türkmənistanın “Altyn Asyr”, Tacikistanın “Khovar” agentlikləri Bakının beynəlxalq şəhərsalma gündəminin mərkəzi olduğunu vurğulayaraq, “UN-Habitat” ilə əməkdaşlığın yeni mərhələsinin məhz burada müzakirə olunduğunu qeyd edib. Keniyada yayımlanan “Ghetto Radio” isə Sessiyanın Afrika üçün əhəmiyyətinə toxunaraq, Bakıdan edilən xəbərdarlıqların qitədəki “şəhər xaosu”nun qarşısını almaq üçün son şans olduğunu xüsusi vurğulayıb.

WUF13 ilə bağlı müzakirələr onlayn media platformalarında da fəal şəkildə davam etdirilir.

Beləliklə, artıq beşinci gününü başa çatdırmaqda olan WUF13-ə beynəlxalq mətbuatın verdiyi geniş reaksiya Azərbaycanın qlobal şəhərsalma diplomatiyasındakı aparıcı rolunu və Bakının strateji dialoq məkanı kimi sarsılmaz statusunu bir daha təsdiqləyir. Bu tədbir vasitəsilə dünya ölkələri dayanıqlı gələcək üçün vahid yol xəritəsi müəyyənləşdirir, Azərbaycan isə qlobal problemlərin həllində mühüm vasitəçi və innovativ ideya mərkəzi olduğunu nümayiş etdirir.




Baxış sayı: 95
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031