Nə üçün biz Laçın və Kəlbəcər nümunələrini məhz “urbisid” kimi xarakterizə edirik? Urbisidi adi müharibə dağıntılarından fərqləndirən digər iki mühüm məqam etnik təmizləmə və yaşayış məntəqəsinin mədəni kimliyinin qəsdən, planlı şəkildə yox edilməsidir. Bu şəhərlər atəşkəs imzalandıqdan - 1994-cü ildən sonrakı dövrdə sistemli şəkildə məhv edildi. Səbəb isə bəllidir: azərbaycanlı əhalinin öz yurdlarına geri qayıtmasının qarşısını almaq.
Fact-info.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Urbisiddən münaqişəsonrası yenidənqurmaya gedən yol” adlı tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O, bildirib ki, Ermənistan işğal etdiyi bəzi ərazilərdə qanunsuz məskunlaşdırma aparmaqla süni demoqrafik dəyişikliklərə cəhd göstərməsi səbəbindən Laçın şəhərinin mərkəzində kütləvi dağıntılar geniş miqyas almamışdı. Bununla belə, Laçın və Kəlbəcər rayonlarının ətraf kəndləri, eləcə də digər yaşayış məntəqələri tamamilə viran edilmişdi.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
