FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan xalçaları istanbullu sənətsevərlərə ən yeni texnologiya ilə təqdim olunur
20-05-2026, 19:00 | MƏDƏNİYYƏT
Azərbaycan xalçaları istanbullu sənətsevərlərə ən yeni texnologiya ilə təqdim olunur

İstanbulda Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalq yaradıcılığı həvəskarı Elnarə Rəsulovanın “Motivin yaddaşı: Azərbaycan xalçalarının üzərində gizlənən izlər” mövzusunda sərgisinin rəsmi açılış mərasimi olub.

 İstanbulun Yıldız Texnik Universitetinin (YTÜ) tarixi Sancak Köşkündə açılan sərgi bu ali təhsil müəssisəsinin tələbəsi, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin sərgilər üzrə məsul nümayəndəsi Aylin Axundovanın kuratorluğu ilə baş tutub.

Tədbirdə YTÜ-nün rektoru professor Eyüp Debik, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə sədrliyi, partiyanın türk dövlətləri ilə əlaqələr bölməsinin üzvləri, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin Kamalə Kamal Cabbarova və digərləri iştirak ediblər.

Mərasimdə çıxış edən Aylin Axundova sərginin açılmasında göstərdiyi dəstəyə görə universitetin rəhbərliyinə, TADEF və təmsil etdiyi birliyə təşəkkürünü ifadə edib.

Azərbaycan xalısının sadəcə toxuma sənəti deyil, üzərindəki naxışlar, rəngləri və təkrarlanan motivləri ilə bir xalqın yaddaşını yaşadan tarixi vasitə olduğunu bildirən A.Axundova deyib: “Xalçaçılıq sənəti bəzən qoruyucu bir işarəyə, bəzən bərəkət arzusuna, bəzən isə keçmişdən bu günə gəlib çatan səssiz bir hekayəyə çevrilir. Universitetimizin İncəsənət və dizayn fakültəsinin sənət və mədəniyyət idarəçiliyi bölməsinin tələbələri tərəfindən hazırlanan sərgi də Azərbaycan xalça sənətini məhz bu yaddaş üzərindən təqdim edir. Təşkil olunduğu tarixi məkanın ab-havası ilə vəhdətdə olan sərgi sənətsevərləri Azərbaycan xalçalarının zəngin mədəni dünyasına daha yaxından baxmağa dəvət edir”.

Digər çıxışçılar da bu kimi tədbirlərin Azərbaycan incəsənətinin dünyada təmsili, xüsusilə gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Sərgidə Elnarə Rəsulovanın şəxsi kolleksiyasından nadir sənət nümunələri, eləcə də İstanbulda ilk dəfə olaraq Azərbaycan xalçalarının rəqəmsal proyeksiya ilə təqdimatı yer alır. Burada “30 il sonra…”, “Ərciman”, “Təbriz” və “Quba” mövzusunda əsərlər, habelə müəllifə məxsus müxtəlif antik xalça kolleksiyalarından seçilmiş qiymətli parçalar ekspozisiyanın əsas hissəsini təşkil edir.

Bu sərgi Azərbaycan xalça sənətinin zəngin estetik yaddaşını müasir təqdimat dili ilə birləşdirərək ziyarətçilərə fərqli vizual təcrübə nümayiş etdirir. Rəng harmoniyası, milli ornamentlər və tarixi motivlərin vəhdəti sərginin əsas bədii xəttini formalaşdırır.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30