FACT-INFO.AZ » SİYASƏT » “Müstəqilliyimiz əbədidir” çoxcildliyindən: Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xidmətləri heç vaxt unudulmayacaq
20-05-2026, 18:00 | SİYASƏT
“Müstəqilliyimiz əbədidir” çoxcildliyindən: Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xidmətləri heç vaxt unudulmayacaq

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 12-ci kitabı çapdan çıxıb.

Bu kitabda yer alan materiallar 1996-cı il aprelin 2-dən mayın 26-dək olan dövrü əhatə edir.

Çoxcildliyin bu nəşrində Ümummilli Lider Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və məktubları toplanılıb. Həmin materiallarda Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesindən, ictimai-siyasi, iqtisadi, mədəni həyatın bir çox sahələrindən, xarici ölkələrlə əlaqələrdən geniş bəhs olunur.

Kitabda Prezident Heydər Əliyevin Lüksemburqa, Belçikaya, Norveçə səfərləri, həmin səfərlərdə keçirdiyi görüş və danışıqlarda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin həyata keçirilməməsi ilə bağlı beynəlxalq birliyə müraciəti haqqında materiallar yer alıb. O zaman aprelin 25-də Osloda keçirilmiş mətbuat konfransında Ümummilli Lider Heydər Əliyev demişdi: “Sülhə nail olmaq üçün hər bir ölkə, o cümlədən Ermənistan da beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu baxımdan biz sülh əldə etmək üçün çox güzəştli, konstruktiv təkliflər irəli sürmüşük. Təkliflər ondan ibarətdir ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələri çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır, işğal edilmiş torpaqlardan didərgin düşmüş, zorla çıxarılmış Azərbaycan vətəndaşları o torpaqlara, öz yer-yurdlarına qayıtmalıdırlar”.

Nəşrdə Ulu Öndər Heydər Əliyevin Şuşanın və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin dördüncü ildönümündə bu rayonlardan məcburi köçkün düşmüş əhali ilə görüşündəki nitqinin mətni də yer alıb. Ulu Öndər həmin nitqində demişdi: “Dörd ildir ki, biz bu rayonlardan məhrum olmuşuq. Ona görə də bu çox ağır dərddir. Bu dərdi biz hamımız çəkirik. Bilirəm ki, şuşalılar, laçınlılar daha çox dərd, qəm içindədirlər. Çünki onlar həm də yerlərindən, yurdlarından didərgin düşdüklərinə görə ağır həyat tərzi keçirirlər. Təəssüf ki, bunlar hamısı həyatımızın reallığıdır. Biz bunlara dözürük, amma əminik ki, bütün torpaqlarımız azad ediləcək, o cümlədən Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar öz evlərinə, yurdlarına, torpaqlarına qayıdacaqlar. Buna heç şübhə yoxdur”.

Vurğulamaq yerinə düşər ki, Ulu Öndərin böyük inamla səsləndirdiyi fikirlər bu gün reallığa çevrilib. Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edilib. “Böyük Qayıdış” Proqramı çərçivəsində Şuşa və Laçın yenidən öz doğma sakinlərinə qovuşur.

Bu cildə Ümummilli Lider Heydər Əliyevin 28 May - Respublika Günü (indiki Müstəqillik Günü) münasibətilə 1996-cı il mayın 26-da keçirilmiş tədbirdə söylədiyi nitqi də daxil edilib. Ulu Öndər o zaman demişdi: “Bu, Azərbaycan xalqının milli bayramıdır. Məhz ona görə ki, ilk dəfə müstəqil Azərbaycan dövləti, demokratik cümhuriyyəti dünyaya elan olunubdur. Azərbaycanın dövlət müstəqilliyinin, milli azadlığının gələcəyi üçün böyük əsas, təməl qoyulubdur. Biz bu gün, bu bayram günü о illərdə, ağır və çətin şəraitdə Azərbaycan xalqının qabaqcıl, mütəfəkkir insanlarının xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edirik. İlk Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında, yaşamasında, onun böyük milli irs kimi yaranmasında iştirak edənləri biz bu gün minnətdarlıq hissi ilə qeyd edirik. Onların xidmətləri Azərbaycanın tarixinə həkk olunub, bu xidmətlər heç vaxt unudulmayacaqdır”.

On ikinci kitabda Ulu Öndərin, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkənin bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin aradan qaldırılmasına, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair keçirilmiş müşavirələrdəki nitqlərinə, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasına, daxili və xarici siyasətin başlıca istiqamətlərinə dair materiallara geniş yer verilib.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.




Baxış sayı: 100
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30