FACT-INFO.AZ » QHT » WUF13: Kolonial ədalətsizliklər mövzusunda beynəlxalq konfransın iştirakçıları bəyanat yayıb
20-05-2026, 17:30 | QHT
WUF13: Kolonial ədalətsizliklər mövzusunda beynəlxalq konfransın iştirakçıları bəyanat yayıb

“Kolonial Ədalətsizliklər və Mənzil Çatışmazlığı” mövzusunda beynəlxalq konfrans iştirakçıları Azərbaycanı WUF13-ün uğurlu təşkili və beynəlxalq şəhərsalma dialoqu və əməkdaşlığına verdiyi mühüm töhfəyə görə təbrik edib.

Bu barədə Bakı Təşəbbüs Qrupunun bəyanatında deyilir.

“Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədi 11-in prinsip və məqsədlərinə uyğun olaraq, hər kəs üçün inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin və yaşayış məskənlərinin təmin edilməsinin vacibliyini bir daha təsdiqləyirik. Fransa, Niderland Krallığı tərəfindən idarə olunan ərazilər, eləcə də keçmiş Belçika koloniyaları və Hindistandakı etnik azlıqlar daxil olmaqla, kolonial və neokolonial idarəetmə strukturlarının təsirinə məruz qalan dənizaşırı ərazilərdə və regionlarda yaşayan insanların qarşılaşdıqları davamlı mənzil və şəhərsalma problemləri ilə bağlı narahatlığımızı ifadə edirik. Bu kontekstlərin bir çoxunda tarixi və müasir kolonial idarəetmə formaları ilə əlaqəli struktur bərabərsizliklər adekvat mənzilə, torpağa, ictimai infrastruktura və əsas xidmətlərə çıxışa mənfi təsir göstərməkdə davam edir.

Mayot, Yeni Kaledoniya, Qvadelupa və Martinika kimi ərazilərdəki vəziyyət xüsusi narahatlıq doğurur. Bu ərazilərdə yerli icmalar mənzil çatışmazlığı, sanitariya, içməli suya çıxış, qeyri-bərabər infrastruktur inkişafı və təhlükəli yaşayış şəraiti ilə bağlı ciddi problemlərlə üzləşməyə davam edirlər. Yeni Kaledoniyada şəhərsalma ilə bağlı məsələlər torpaq hüquqları və Kanak xalqının tarixi narazılıqları ilə sıx bağlı olaraq qalır”, - bəyanatda qeyd olunub.

Eləcə də, Karib hövzəsindəki Bonaire, Aruba, Kurasao və Sint-Marten daxil olmaqla Niderland Krallığının yurisdiksiyasında olan digər ərazilərdə də oxşar sosial-iqtisadi və şəhərsalma problemləri vurğulanıb.

Bildirilib ki, məhdud torpaq ehtiyatları, turizmlə bağlı artan təzyiqlər, yüksələn mənzil qiymətləri, miqrasiya ilə əlaqəli yük və qeyri-bərabər inkişaf modelləri bu ərazilərdə yerli əhali və həssas icmalara qeyri-mütənasib şəkildə təsir göstərməkdə davam edir: "Vurğulayırıq ki, dənizaşırı ərazilərdə və digər təsirlənmiş regionlarda mövcud olan mənzil problemlərinə yalnız texniki və ya iqtisadi çərçivədən yanaşılmamalıdır. Bu problemlər həm də davam edən kolonial irs, struktur bərabərsizliklər və yerli əhalinin şəhərsalma və ərazi inkişafı ilə bağlı qərarqəbuletmə proseslərində məhdud iştirakı kontekstində qiymətləndirilməlidir.

Bu baxımdan, yerli xalqların, etnik azlıqların və yerli icmaların şəhər idarəçiliyi proseslərində, o cümlədən mənzil, torpaq idarəçiliyi, infrastruktur və dayanıqlı inkişaf siyasətlərində mənalı iştirakının təmin edilməsinin vacibliyini vurğulayırıq.

Bir daha qeyd edirik ki, davamlı urbanizasiya tarixi ədalətsizliklərin aradan qaldırılması, sosial bərabərliyin təşviqi, insan ləyaqətinin qorunması və bütün icmalar üçün imkan və resurslara bərabər çıxış təmin edilmədən tam şəkildə həyata keçirilə bilməz”.

Konfrans iştirakçıları dənizaşırı ərazilərin nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti aktorları və gənclər nümayəndələri arasında dialoq platformasının yaradılmasına çalışıldığını və bunun kolonial idarəetmə, azlıqların hüquqları və şəhər bərabərsizliyi arasındakı əlaqə barədə fikir mübadiləsi aparılması və beynəlxalq məlumatlılığın artırılması məqsədi daşıdığını vurğulayıblar.

İştirakçılar ədalət, bərabərlik, inklüziv şəhər inkişafı və struktur bərabərsizliklərdən təsirlənən xalqların və azlıqların hüquqlarının təşviqinə yönəlmiş beynəlxalq dialoq və əməkdaşlığı dəstəkləmək öhdəliyini bir daha təsdiqləyiblər.




Baxış sayı: 85
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30