FACT-INFO.AZ » CƏMİYYƏT » Unudulmayan Vətən oğlu Kamran Hacıyev
20-05-2026, 10:00 | CƏMİYYƏT
Unudulmayan Vətən oğlu Kamran Hacıyev

Qazilərimizin, şəhidlərimizin  şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu. İkinci Qarabağ savaşının əfsanəvi döyüşçülərinin həyat yoluna və döyüş anlarına nəzər salmaq,   qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür.

 Tarixi qələbəmiz bizə qəhrəmanlarımızı tanıtdı. O fədakar oğullar döyüş meydanında dastan yazdılar. İndi isə onlardan biri haqqında danışırıq.


Kamran Füzuli oğlu Hacıyev 1994-cü il yanvarın 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Kamran Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kamran Hacıyev oktyabrın 22-də Hadrut döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn olunub.


Çox diqqətli, məsuliyyətli, vətən sevdalısı olub Kamran. Döyüş yoldaşları onun igidliyindən söhbət açırlar. Qarabağ müharibəsinin qazisi, kapitan Rauf Əliyev: “Kamrandan nə qədər danışsam, yenə də azdır. Uşaqların hərəsi bir igid idi mənim üçün, amma o bir başqaydı. Bizim təminatçımız idi. İnsanlığı, mərdliyi ilə hamımızın sevimlisinə çevrilmişdi. Elə olub ki, bir neçə gün mühasirədə qalmışıq.  Ərzaq bir yana, susuzluqdan əziyyət çəkmişik. Bir də görürdük Kamran su qabaları ilə gəlir. Kamran vardısa, kimsə ac-susuz qalmazdı. Sehrbaz kimiydi. İnsan nə qədər qorxmaz, cəld, bacarıqlı olar. Ən çətin tapşırıqları ona verirdik. Əsl hərbçi idi. Minamyotun səsindən harda olduğunu müəyyən edirdi. Taborun ürəyi idi. Bir dəfə birlikdə su gətirməyə getmişdik. Orda bayrağımız  dalğalanırdı. Bayrağın yanında dayanıb dedi: “Bu bayrağa bax! Bax bu bayraq üçün şəhid olmağa dəyər!”.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə, ləyaqətlə yerinə yetirdiyinə görə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kamran Hacıyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.


 İndi ölkəmizdə igidlərimizin adını daşıyan xeyli küçələr var. Bu küçələr həm də bizim ömür yolumuzdur. Gələcək nəsillərin ömür yoludur–Şüvəlandakı Kamran Hacıyev küçəsi kimi. Biz bu yolları qürurla, həm də ləyaqətlə keçməliyik. Belə yollar, belə küçələr zəngin xatirələri, qürurlu keçmişi özündə yaşadacaq tarixdir. Bu tarix həm də gələcəyə boylanır.    


 




Baxış sayı: 215
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30