WUF13-ün əhəmiyyətinə və Azərbaycanda keçirilməsini şərtləndirən amillərə gəldikdə, ilk növbədə, Prezidentin dünən tədbirin açılışında qeyd etdiyi tezislərə mən bir daha da toxunmaq istərdim. Birincisi, Prezident tərəfindən o məqam xüsusilə vurğulandı ki, Azərbaycan xalqının zəngin şəhərsalma mədəniyyəti var. Azərbaycanda şəhərlərin yaradılması tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır. Burada qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhəri, həmçinin Naxçıvan şəhəri və Azərbaycanın digər qədim şəhərlərini, o cümlədən də orta əsr Azərbaycan şəhərlərini qeyd etmək olar. Bu zəngin ənənələr və təcrübələr əsasında bu gün Azərbaycanda da müasir şəhərlərimiz inkişaf edir.
Bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev, həmçinin vurğulayıb: “Azərbaycan şəhərlərin inkişafı prosesində modernləşdirilmə ilə tarixi ənənələri qoruyur. Bu gün paytaxt Bakı bunun ən gözəl nümunəsidir və dünya miqyasında da bu qəbul olunur. UNESCO-nun Ümumdünya İrs Siyahısına Azərbaycanın, o cümlədən Bakı şəhərinin bir neçə istiqamətdə olan tarixi obyektləri daxil edilmişdir.
Baxış sayı: 75
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
