FACT-INFO.AZ » İQTİSADİYYAT » WUF13: “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” - rəqəmsallaşma prosesləri elektronlaşdırır
19-05-2026, 20:30 | İQTİSADİYYAT
WUF13: “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” - rəqəmsallaşma prosesləri elektronlaşdırır

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” tədbirində enerji sistemlərinin dayanıqlılığı, rəqəmsallaşma, bərpaolunan enerji inteqrasiyası və şəhər infrastrukturunun inkişafı üzrə strateji çağırışlar müzakirə olunub.

Fact-info.az xəbər verir ki, tədbirdə “Azərenerji” və “Azərişıq” ASC-lərinin rəhbər şəxsləri çıxış edərək Azərbaycanın enerji sektorunda həyata keçirilən islahatlar və gələcək inkişaf prioritetləri barədə məlumat veriblər.

Bildirilib ki, müasir şəhərlərin inkişafı etibarlı və fasiləsiz enerji təminatı olmadan mümkün deyil. Qeyd olunub ki, enerji istehsalı, ötürülməsi və paylanmasının vahid və kompleks yanaşma əsasında idarə olunması dayanıqlı urbanizasiyanın əsas şərtidir.

Tədbirdə “Azərenerji” ASC-nin sədr müavini Rüstəm Qasımov bildirib ki, enerji sistemlərinin idarə olunmasında rəqəmsal infrastruktur həlledici rol oynayır və müasir dövrdə ənənəvi və bərpaolunan enerji mənbələrinin effektiv inteqrasiyası yalnız rəqəmsal platformalar vasitəsilə mümkündür. Onun sözlərinə görə, şəbəkənin monitorinqi ilə yanaşı, modeləşdirmə və analitik imkanları genişləndirən yeni nəsil idarəetmə sistemləri artıq Azərbaycanda tətbiq edilir. R.Qasımov həmçinin qeyd edib ki, ölkədə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi ilə yanaşı, enerji saxlama sistemlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, günəş və külək enerjisinin şəbəkəyə inteqrasiyası üçün batareya enerji saxlama texnologiyaları artıq real infrastruktur elementinə çevrilib. R.Qasımov vurğulayıb ki, Azərbaycan 2028-ci ilədək enerji şəbəkəsinə təxminən 2 giqavat bərpaolunan enerji inteqrasiya etməyi hədəfləyir və bu istiqamətdə hidroenerji ilə ənənəvi istehsalın balanslaşdırılması prioritetlərdəndir.

“Azərişıq” ASC-nin nümayəndəsi Araz Məmmədzadə isə bildirib ki, paylayıcı şəbəkələr artıq yalnız elektrik ötürülməsi funksiyasını daşımır, həm də ağıllı şəhər infrastrukturunun əsas komponentinə çevrilib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur bölgələri müasir enerji modellərinin tətbiqi baxımından “canlı laboratoriya” rolunu oynayır və bu ərazilərdə ağıllı kəndlər, yaşıl enerji zonaları və rəqəmsal idarəetmə mərkəzləri formalaşır.

Çıxışlarda həmçinin qeyd olunub ki, enerji sektorunda innovativ texnologiyaların tətbiqi genişlənir. Şəbəkə infrastrukturunun monitorinqində dron texnologiyalarından istifadə edildiyi, bu metodun ənənəvi üsullarla müqayisədə daha sürətli və təhlükəsiz olduğu bildirilib. Eyni zamanda yarımstansiyaların üzərində quraşdırılan günəş panellərinin yerli istehlak üçün təmiz enerji istehsal etdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, rəqəmsallaşma nəticəsində enerji idarəetmə prosesləri tam elektronlaşdırılır, kağızsız idarəetmə sistemləri tətbiq edilir və bu yanaşma həm şəffaflığı artırır, həm də əməliyyat səmərəliliyini yüksəldir.

Sonda vurğulanıb ki, dayanıqlı urbanizasiya yalnız müasir, ağıllı və fasiləsiz enerji infrastrukturu üzərində qurula bilər və Azərbaycanın enerji sektoru bu istiqamətdə qlobal standartlara uyğun inkişaf yolunu davam etdirir.




Baxış sayı: 80
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30