FACT-INFO.AZ » MEDİA » WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır
19-05-2026, 21:00 | MEDİA
WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) artıq üçüncü gündür ki, qlobal medianın əsas gündəm mövzularından biri olaraq qalır.

Dünyanın müxtəlif regionlarını təmsil edən nüfuzlu media qurumları Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbiri beynəlxalq urbanizasiya, dayanıqlı inkişaf və gələcəyin şəhərləri ilə bağlı qlobal dialoq platforması kimi dəyərləndirir. Xarici mətbuatın çoxsaylı materiallarında Bakının yüksəksəviyyəli təşkilatçılığı, Azərbaycanın qonaqpərvərliyi, Prezident İlham Əliyevin tədbirin açılış mərasimində çıxışında səsləndirdiyi fikirlər, eləcə də ölkəmizin “Ağıllı şəhər” və “Yaşıl zona” konsepsiyalarının uğurlu tətbiqi xüsusi vurğulanıb. Forum çərçivəsində şəhərsalma, mənzil siyasəti, rəqəmsal transformasiya və iqlim çağırışları ilə bağlı aparılan müzakirələrin Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlıq və innovativ yanaşmalar üçün mühüm mərkəzə çevrildiyini nümayiş etdirdiyi qeyd olunub. WUF13-ün Bakıda təşkilinin həm də ölkəmizin qlobal nüfuzunun artdığını, Azərbaycanın dünya miqyasında strateji təşəbbüslər irəli sürən etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirdiyini təsdiqlədiyi diqqətə çatdırılıb.

Türkiyənin “TRT Haber”, “Milliyet”, “Hibya”, “T24”, “DHA”, “Günebakış” və digər media qurumlarında yayımlanan xəbərlərdə qardaş ölkənin tədbirdə geniş nümayəndə heyəti ilə iştirak etdiyi vurğulanıb, Azərbaycan-Türkiyə qardaşlığının şəhərsalma sahəsində də birgə layihələrlə əksini tapdığı qeyd edilib. Xəbərlərdə Prezident İlham Əliyevin “Ağıllı şəhər” və “Yaşıl zona” vizyonlarının işğaldan azad edilmiş ərazilərdə uğurlu tətbiqindən ətraflı bəhs olunub. Türkiyə mətbuatında Azərbaycanın bu sessiyada qlobal miqyasda mühüm uğura imza atmasına və ölkəmizin yüksəksəviyyəli təşkilatçılığına xüsusi diqqət çəkilib. Eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi WUF13-ün Türk dünyası üçün əhəmiyyəti və Bakının nümunəvi təşkilatçılığı barədə oxuculara ətraflı məlumat verilib.

Sessiyaya ilk gündən geniş yer ayıran Pakistan mediası Pəncab əyalətinin Baş naziri Məryəm Nəvazın Bakıdakı müzakirələrdə fəal iştirakını və Azərbaycanın dayanıqlı inkişaf sahəsindəki liderliyini geniş işıqlandırıb. Qardaş ölkənin “DND”, “Radio Pakistan”, “Dawn”, “AAJ TV”, “The Diplomatic Insight”, “Dunya News”, “Pakistan Today” və digər nəşrlərində yer alan xəbərlərdə WUF13-ün Bakıda təşkilinin Azərbaycan Prezidentinin strateji baxışının təzahürü olduğu və ölkəmizin beynəlxalq nümayəndə heyətlərini ən yüksək səviyyədə qarşıladığı bildirilib. Eyni zamanda, Pakistanın mənzil inkişafı sahəsindəki layihələrinin Bakıda uğurla təqdim edildiyi və Azərbaycanın bu mötəbər tədbirə nümunəvi təşkilatçılığı vurğulanaraq, Pakistan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərlik qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi yüksək qiymətləndirilib.


Səudiyyə Ərəbistanının “Al Yaum”, “Ajel”, “Al Hadath”, “Sabq”, “Al Bilad”, “Al Jazirah”, “Al Madina”, “Saudi Gazette”, “Eye of Riyadh” nəşrlərində Krallığın WUF13-də 20 qurumla təmsil olunduğu qeyd edilib. Xəbərlərdə Azərbaycanın yüksəksəviyyəli qonaqpərvərliyi və təşkilatçılığı ön plana çəkilib, tədbirin iki ölkə arasında təcrübə mübadiləsi üçün əla fürsət olduğu bildirilib. Bakı sessiyasının mənzil siyasəti sahəsində qlobal dönüş nöqtəsi olması, eləcə də bu tədbirin prioritetlərinin Səudiyyə Ərəbistanının 2030-cu il vizyonu ilə səsləşdiyi oxucuların diqqətinə çatdırılıb.

Birləşmiş Ərəb Əmirliklərinin “Voice of Emirates”, “Al-Ain”, “Al-Watan”, “Menafn”, Küveytin “Q8 Press”, Bəhreynin “News of Bahrain”, Qətərin “Mshireb”, “Al Raya”, “QNA”, eləcə də Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin rəsmi portalı (GCC-SG.org) və digər WUF13-də mənzil böhranı ilə bağlı aparılan müzakirələrin, irəli sürülən həll yollarının bu sahədə aktual məsələlərin həlli baxımından önəmi vurğulanıb, Körfəz dövlətlərinin tədbirdə fəal iştirak etdiyi qeyd olunub. Xəbərlərdə Azərbaycanın beynəlxalq statuslu bu sessiyanı yüksək səviyyədə təşkil etdiyi və qlobal mənzil siyasətinə yeni yanaşmalar gətirdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Bakının şəhərsalma sahəsində qlobal dialoq mərkəzinə çevrilməsi təqdir edilib.

Qazaxıstanın “Almaty TV”, “Vecher.kz”, “Kursiv.media”, “Kazinform”, “Astana Times”, “Smi24.kz”, “KzVesti” media qurumları Baş nazir Oljas Bektenovun Bakıdakı çıxışını və qardaş ölkənin Azərbaycanın “Yaşıl şəhər” strategiyasına dəstəyini geniş işıqlandırılıb. Xəbərlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiq olunan “Ağıllı şəhər” konsepsiyasının beynəlxalq maraq doğurduğu xüsusi vurğulanıb. Həmçinin Bakı sessiyası regional və qlobal şəhərsalma məsələlərinin həllində mühüm mərhələ kimi dəyərləndirilib, tədbirin regional əməkdaşlıq üçün yeni üfüqlər açdığı bildirilib. Eyni zamanda, Qazaxıstanın Bakıda süni intellektəsaslı şəhərsalma modellərini təqdim etdiyi və Azərbaycanın təşkilatçılığının yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.

Özbəkistanın “Uzdaily”, “Zamin.uz”, “Eurasian Star” nəşrləri də Prezident Şavkat Mirziyoyevin forumda iştirakını və dayanıqlı şəhər inkişafı ilə bağlı irəli sürdüyü qlobal təşəbbüsləri geniş işıqlandırıb. Xəbərlərdə Azərbaycanın və Özbəkistanın şəhərsalma sahəsində birgə baxışları və strateji tərəfdaşlığı ön plana çəkilib, Bakının bu mötəbər tədbir üçün ən uyğun məkan kimi seçilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.




Baxış sayı: 120
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031