Şuşa şəhərində 43 çoxmərtəbəli binadan və təxminən 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Fact-info.az xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı sessiyada Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
Onun sözlərinə görə, Şuşaya sakinlərin qayıdışı 2024-cü ilin ortalarından başlayıb.
A.Kərimov qeyd edib ki, Böyük Qayıdış Proqramının ikinci mərhələsində əlavə yaşayış binalarının tikintisi də planlaşdırılır.
O bildirib ki, yeni yaşayış məhəllələri mərkəzləşdirilmiş istilik sistemlərinə qoşulur, binalar isə milli enerji səmərəliliyi standartlarına uyğun inşa edilir.
A. Kərimovun sözlərinə görə, Şuşada yenidənqurma prosesi yalnız yaşayış fondunun yaradılmasını deyil, həm də tarixi və mədəni irsin bərpasını əhatə edir.
O, vurğulayıb ki, indiyədək şəhərdə 30-a yaxın tarixi abidə, o cümlədən 5 məscid və 1 kilsə tam bərpa olunub.
Baxış sayı: 95
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
