Möhtəşəm qonaqpərvərliyə, Bakıda gözəl qəbula və unudulmaz bir tədbirə bizi qəbul etdiyinizə görə Prezident İlham Əliyevə, mənim əziz dostuma təşəkkür edirəm. Mən hər dəfə Bakıya gələndə böyük dəyişikliklərin və tərəqqinin, Azərbaycan xalqının, Prezident İlham Əliyevin birlikdə öz ölkələri üçün etdiklərinin şahidi oluram. Sizin əzminiz, qətiyyətiniz və Prezident İlham Əliyevin xalqına bağlılığı bu inanılmaz tərəqqinin təminatçısıdır.
Bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) liderlərin bəyanatları zamanı Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
Aleksandar Vuçiç Azərbaycana WUF13-ə ev sahibliyi və innovativ təşəbbüsləri ilk dəfə Zirvə görüşü səviyyəsində təşkil etməsi səbəbindən təşəkkür edib. O vurğulayıb ki, bu, həqiqətən Ümumdünya Şəhərsalma Forumunun tam potensialının reallaşmasına xidmət edir. Xəzər dənizinin sahilində yerləşən bu mükəmməl ölkənin məhz urbanizasiya, şəhərsalma problemlərinin həllinə yönələn foruma ev sahibliyi etməyi də təsadüfi deyil.
Serbiya Prezidenti hər kəs üçün əlçatan və təhlükəsiz mənzillərin təmin olunması sahəsinin biznes dairələri, qeyri-hökumət təşkilatları, hökumətləri və özəl qurumları əhatə etdiyinə diqqət çəkib. Aleksandar Vuçiç vurğulayıb ki, minlərlə insan Bakıda məhz şəhərlərin gələcəyini müzakirə etmək və üzləşdiyi çağırışları birlikdə incələmək üçün toplaşıblar.
Baxış sayı: 80
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
