FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Möminə xatun türbəsi. Dünya əhəmiyyətli möhtəşəm abidə” adlı kitabı
19-05-2026, 08:00 | MƏDƏNİYYƏT
“Möminə xatun türbəsi. Dünya əhəmiyyətli möhtəşəm abidə” adlı kitabı

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, İsmayıl Hacıyevin “Möminə xatun türbəsi. Dünya əhəmiyyətli möhtəşəm abidə” adlı kitabı nəşr olunub.

Fact-info.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Möminə xatun türbəsi. Dünya əhəmiyyətli möhtəşəm abidə” adlı kitabı nəşr olunub.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən 64 səhifəlik nəşr dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinə həsr edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncamı ilə elan olunan “Şəhərsalma və Memarlıq ili”nə ithaf edilən kitabda görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin həyat və yaradıcılığı, Möminə xatunun şəxsiyyəti və fəaliyyəti, türbənin memarlıq xüsusiyyətləri, kitabələri, eləcə də abidədə aparılmış bərpa və konservasiya işləri haqqında geniş məlumat təqdim olunur.

Nəşrdə, həmçinin Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin zəngin tarixi-mədəni irsinin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdikləri ardıcıl dövlət siyasətindən bəhs edilir. Kitabda İlham Əliyevin Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı 22 may 2025-ci il tarixli, Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması haqqında 30 dekabr 2025-ci il tarixli, həmçinin memarın Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması barədə 18 sentyabr 2025-ci il tarixli sərəncamlarının tam mətnləri də yer alıb. Bununla yanaşı, nəşrdə Azərbaycan Atabəylər dövlətinin memarlıq irsi, milli memarlıq ənənələri və Naxçıvan memarlıq məktəbinin dünya memarlıq tarixində tutduğu mühüm yer elmi faktlarla əsaslandırılıb.

Kitabda Möminə xatun türbəsinin memarlıq xüsusiyyətlərini əks etdirən zəngin fotoşəkillər və illüstrasiyalar da yer alıb. Türbənin ornamentləri, kufi xətti ilə işlənmiş kitabələri, həndəsi naxışları, stalaktit tağça elementləri və giriş hissəsinin memarlıq detallarının vizual şəkildə təqdim olunması nəşrin elmi-estetik dəyərini daha da artırır. Fotoşəkillər oxucuda abidənin bədii-memarlıq zənginliyi haqqında dolğun təsəvvür formalaşdırır.

Diqqətçəkən məqamlardan biri də kitabda məlumatların Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunmasıdır. Bu yanaşma nəşrin beynəlxalq elmi ictimaiyyət üçün əlçatanlığını artırmaqla yanaşı, Naxçıvanın zəngin memarlıq irsinin və Əcəmi Əbubəkr oğlu Naxçıvani yaradıcılığının dünya miqyasında daha geniş tanıdılmasına xidmət edir.

Zəngin elmi məzmunu və tarixi mənbələrə əsaslanan araşdırmaları ilə seçilən kitab qədim Naxçıvanın memarlıq irsinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Nəşr tarixçilər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün dəyərli elmi mənbə olmaqla yanaşı, Azərbaycan milli memarlıq məktəbinin beynəlxalq səviyyədə tanıdılmasına da mühüm töhfə verir.




Baxış sayı: 145
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30