FACT-INFO.AZ » XƏBƏR » Anna Soave: Şəhərlərin gələcəyi üçün çoxtərəfli əməkdaşlıq mühüm əhəmiyyət daşıyır
18-05-2026, 11:30 | XƏBƏR
Anna Soave: Şəhərlərin gələcəyi üçün çoxtərəfli əməkdaşlıq mühüm əhəmiyyət daşıyır

Şəhərlər urbanizasiya və iqlim dəyişiklikləri ilə bağlı çağırışların ön xəttində dayanır və bu problemlərin həlli üçün yerli idarəetmə qurumları, vətəndaş cəmiyyəti, özəl sektor və digər tərəflər arasında daha güclü əməkdaşlıq mexanizmləri qurulmalıdır.

Fact-info.az xəbər verir ki, bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Assambleyaların birgə bağlanış sessiyasında “Müxtəlif səsləri ortaq prioritetlərə və əməli öhdəliklərə necə çevirə bilərik” mövzusunda təşkil olunan müzakirədə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave səsləndirib.

O, bildirib ki, əməkdaşlıq yalnız sabit dövrlərdə deyil, böhranlı vəziyyətlərdə də koordinasiyalı fəaliyyət üçün vacibdir.

“Şəhərlərin gələcəyi üçün çoxtərəfli əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Şəhərlər müxtəlifdir və onların demoqrafik xüsusiyyətləri fərqlənir. Bəzi şəhərlərdə əhali yaşlanır, digərlərində isə gənc əhali üstünlük təşkil edir. İnfrastruktur və xidmətlərə olan tələbat da fərqlidir. Buna görə bütün şəhərlərə eyni yanaşmanın tətbiqi mümkün deyil”, – deyə Anna Soave vurğulayıb.

UN-Habitat rəsmisi qeyd edib ki, gələcəyin şəhərləri üçün müxtəlif idarəetmə mexanizmləri və innovativ yanaşmalar hazırlanmalıdır.

“Biz daha dayanıqlı urban gələcəyin formalaşdırılması üçün müxtəlif həll yollarını təşviq etməliyik”, – deyə o bildirib.

O, Assambleyalar çərçivəsində səsləndirilən fikir və təşəbbüslərin WUF13-ün əsas sessiyalarında da diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edib.




Baxış sayı: 145
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30