FACT-INFO.AZ » SİYASƏT » Rizvan Nəbiyev: Türk Dövlətləri Təşkilatı Azərbaycanın sədrliyi dövründə beynəlxalq mövqelərini gücləndirir
16-05-2026, 18:30 | SİYASƏT
Rizvan Nəbiyev: Türk Dövlətləri Təşkilatı Azərbaycanın sədrliyi dövründə beynəlxalq mövqelərini gücləndirir

Türk Dövlətləri Təşkilatı Azərbaycanın hazırki sədrliyi dövründə beynəlxalq mövqelərini möhkəmləndirir. “Türk Dövlətləri Təşkilatı plus” formatında yeni tərəfdaşlar, imkanlar və əməkdaşlıq perspektivləri araşdırılır.
 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda çıxışı zamanı bu fiikirləri vurğulayıb.


Millət vəkili xatırladıb ki, hazırda 35 sahədə Türk Dövlətləri Təşkilatı, onun üzv dövlətləri əməkdaşlıq həyata keçirir. BMT-də müşahidəçi statusu almaq , eləcə.də digər beynəlxalq hüquq subyektlərinə TDTdə müşahidəçi statusu verilməsi istiqamətində də fəaliyyət hədəflənib. Bu məsələ ötən il Qəbələdə keçirilən Zirvədən sonra qəbul olunan yekun sənəddə də öz əksini tapıb:
 

“Həmin Qəbələ sammitində ilk dəfə olaraq Türk dünyasının tarixində təhlükəsizlik və sülh, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə xüsusi yer ayrılıb. Bunun əsasında isə Müzəffər Ali Baş Komandan,  Prezident İlham Əliyevin hərbi, siyasi-diplomatik səyləri ilə təmiin edilmiş Azərbaycanın Qarabağ zəfəri dayanır. Biz ərazi bütövlüyü,  suverenliyimizi və milli ləyaqətimizi bərpa etdik. Milli ləyaqətin bərpasından bütün türk dünyasına pay düşür.
 

Qələbəmizin rəmzlərindən olan Şuşa, Türküstan şəhəri ilə qardaşlaşdı. Həmin qədim türk məkanında rəqəmsallaşmaya həsr olunmuş qeyri-rəsmi sammit keçirildi. Çünki 1926-cı ildə keçirilmiş I Türkologiya Qurultayının davamçıları olan bugünkü nəsil, babalarımızın ideyalarını yeni üsullarla, rəqəmsal formatda həyata keçirməlidir. Çünki yarımçıq qalmış arzular, ideyalar var və bizlər həmin arzuları müasir dövrün tələblərinə uyğun şəkildə reallaşdırmalıyıq”.
 

R.Nəbiyev vurğulayıb ki, bu mənada, iki gün sonra Bakıda başlayacaq məskunlaşmaya həsr olunmuş BMT-nin nüfuzlu beynəlxalq forumu xüsusilə diqqət çəkir:
 

“Bu Urban forumu işğal nəticəsində torpaqları dağıdılmış, 150 milyard ABŞ dollarından çox zərər vurulmuş bir ölkənin azad edilmiş ərazilərinin bərpası istiqamətində həyata keçirdiyi fəaliyyəti təqdim edəcəyik”.
 

“Bunlar Track 1 diplomatiyası, yəni klassik diplomatiyanın fəaliyyətidir. Digər istiqamət isə salonda əyləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının fəaliyyətidir ki, bu da Track 2 diplomatiyasıdır. Buraya ictimai diplomatiya, elm diplomatiyası və mədəniyyət diplomatiyası daxildir. Çünki bunların biri digərini tamamlayır.
Klassik diplomatiya Track 1 diplomatiyasıdır, ikinci istiqamət isə qeyri-hökumət təşkilatlarının fəaliyyətidir, Track 2 diplomatiyasıdır. Amma hazırda beynəlxalq münasibətlər sistemində yeni bir sintez modeli formalaşıb — Track 1.5 diplomatiyası. Bu isə klassik diplomatiya ilə ictimai diplomatiyanın sintezidir. Gəlin birlikdə düşünək və buradan özümüzlə belə bir ideya aparaq ki, bu sintez əsasında  yeni konsepsiyalar hazırlayaq və Türk dünyasında həmrəyliyin, birliyin və ortaq təfəkkürün möhkəmlənməsinə öz töhfəmizi verək”.




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30